\"Mançester Siti\"nin oyunundan sonra 2 azarkeş həbs olunub, biri saxlanıldı
19:13 / 17.10.2021
2089
İngiltərə polisi "Mançester Siti" və "Börnli" komandaları arasında "Etihad stadionunda" keçirilmiş Premyer Liqanın VIII tur matçından sonra 2 azarkeşi həbs edib.
Sfera.az-ın "Sky Sports"a istinadən məlumatına görə, hadisəyə fanatların homofob xarakterli şüarlar səsləndirməsi səbəb olub.
Həmçinin ictimai asayişi pozmaqda və xidmətdə olan polis əməkdaşlarına hücum etməkdə şübhəli bilinən başqa bir tərəfdar saxlanılıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, matçlar zamanı irqçilik və təhqirə yol verənlərə qarşı qəti tədbirlər görüləcək.
Qeyd edək ki, "Mançester Siti" - "Börnli" oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.