\"Mançester Siti\" səfərdə \"Çelsi\"yə qalib gəldi
23:16 / 03.01.2021
5583
"Mançester Siti" futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun səfər matçında "Çelsi" ilə qarşılaşıb.
Sfera.az xəbər verir ki, görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qaliblərin heyətində İlkay Gündoğan, Fil Foden və Kevin de Breyne fərqlənib. Meydan sahiblərinin yeganə qolunu Kallum Xadson-Odoy fərqlənib.
Qələbə "şəhərlilər"ə 29 xal yığmağa və çempionatda beşinci yerə çıxmağa imkan verib. "Çelsi" üç xal az toplayıb və turnir siyahısında səkkizinci yerdədir.
"Mançester Siti" növbəti turda yanvarın 13-də öz meydanında "Brayton"u qəbul edəcək. "Çelsi" iki gün sonra səfərdə "Fulhemom"la oynayacaq.