\"Mançester Siti\" Qvardiola ilə yeni müqavilə imzaladı

\
 İngiltərənin "Mançester Siti" komandası baş məşqçisi Xosep Qvardiola ilə müqavilənin müddətini uzadıb.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə iki illik yeni sözləşmə imzalanıb.


O, müqaviləyə əsasən 2023-cü ilin yayına qədər "şəhərlilər"ə rəhbərlik edəcək.


Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. 


OXŞAR XƏBƏRLƏR