Manatla olan əmanətlərin həcmi sürətlə artır – SƏBƏB

Manatla olan əmanətlərin həcmi sürətlə artır – SƏBƏB
Əhalinin banklarda olan əmanətlərinin həcmi fevralda da artıb. 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, fevralın 1-də 8,203 milyard manat olan əmanətlərin həcmi martın 1-də 8,38 milyard manata yüksəlib. Ay ərzində əmanətlərin həcmi 2 faizdən çox artıb. 

Martın 1-nə olan məlumata əsasən əmanətlərin 50,13 faizi (4,2 milyard manat) xarici valyutada, qalanı manatla saxlanılıb. Son bir ildə manatla olan əmanətlərin həcminin daha böyük sürətlə artması müşahidə edilir. Bir il əvvəl manatla saxlanılan əmanətlər 3,7 milyard manat (əmanətlərin 44,8 faiz) olduğu halda martın 1-də 4,18 milyard manat (əmanətlərin 49,87 faizi) olub. 

Manatla əmanətlərin məbləğinin artması dollar/manat kursunun sabit olması və bankların milli valyutada olan əmanətlərə xarici valyutada olan əmanətlərə nisbətən 5 dəfə çox faiz verməsi ilə bağlıdır. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR