Manatın sabitliyi bu bazarlarda aktivliyi artırıb

Manatın sabitliyi bu bazarlarda aktivliyi artırıb
2021-ci ildə Azərbaycanda həm daşınmaz əmlak, həm də avtomobil bazarında aktivliyin xeyli artması müşahidə edilir. Rəsmi məlumatlar göstərir ki, bazarların böyümə sürəti çox böyükdür və müqayisədə 40 faizi ötür. 

Sfera.az bildirir ki, bu il ölkəmizə avtomobil idxalı 70 faiz (o cümlədən minik avtomobillərinin idxalı 69 faiz), daşınmaz əmlakın təkrar qeydiyyatı 42 faiz (o cümlədən mənzillərin təkrar qeydiyyatı 59,5 faiz) artıb.

İlin ilk 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 min ədəd çox minik avtomobili gətirilib. Eyni zamanda daxili bazarda əvvəllər idxal edilən avtomobillər üzrə satış sayı bir neçə min ədəd artıb. Daşınmaz əmlak bazarında isə ilin birinci yarısında təkrar qeydiyyat 32,9 min say artaraq 111,4 mini ötüb. 

Bəs, bu il həm avtomobil, həm də daşınmaz əmlak bazarında aktivliyin kəskin artmasının səbəbi nədir?

Bunun ilk səbəbi postpandemiya dövründə iqtisadi aktivliyin artmasıdır. 2021-ci ildə əksər məhdudiyyətlərin aradan qaldırılması, kredit və investisiya qoyuluşunun artması, əhalinin gəlirinin yüksəlməsi ümumən tələbi gücləndirib. Tələbin güclənməsindən avtomobil və daşınmaz əmlak bazarı da öz payını alıb. 

Daşınmaz əmlak bazarında aktivliyin artmasına təsir göstərən başqa mühüm amil əcnəbilər və xaricdə işləyən vətəndaşlarımız tərəfindən alışların artmasıdır. Bu ilin birinci yarısında 986 əcnəbi şəxs Azərbaycandan daşınmaz əmlak alıb. 2020-ci ilin bütün dövründə isə cəmi 1370 əcnəbi daşınmaz əmlak almışdı. Müqayisə göstərir ki, bu il daşınmaz əmlak alan əcnəbilərin sayı ötən illə müqayisədə 40 faizdən çoxdur. 

Mərkəzi Bank bildirir ki, yarımildə ümumilikdə fiziki şəxslər xaricdən Azərbaycana 491,4 milyon dollar pul göndərib. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 119 milyon dollar çoxdur. Həmin vəsaitlərin bir hissəsi məhz daşınmaz əmlak bazarına yönəldilib. 
 
Avtomobil və daşınmaz əmlak alışının artmasına təsir edən digər mühüm faktor manatın sabit qalacağına dair inamın güclənməsidir. 2017-ci ilin martından dollar/manat kursu 1,7 həddində sabitləşib. Məzənnənin sabit qalmasına neft qiymətlərinin əlverişli səviyyəyə yüksəlməsi kömək edib. 
Dollar/manat məzənnəsinin tezliklə dəyişməyəcəyi qənaəti formalaşdığından xarici valyutada saxlanılan vəsaitlərin bir hissəsi avtomobil və daşınmaz əmlak bazarına yönəldilib ki, bu da həmin bazarlarda aktivliyi artırıb.

2022-ci ildə də sözügedən bazarlarda aktivliyin qalması ehtimalı var. Xüsusən daşınmaz əmlak bazarında aktivliyin artmasına baxmayaraq tələbin səviyyəsi 2019-cu illə müqayisədə azdır. Buna görə də növbəti ildə də daşınmaz əmlak bazarında aktivliyin qalması ehtimalı böyükdür. 

Amma avtomobil bazarında vəziyyət sadəcə alıcılardan yox, həm də hökumətin qərarlarından (idxal xərcləri, ekoloji tələblər və s.) asılı olduğundan aktivliyin artması ilə bərabər, azalma ehtimalı da güclüdür. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...