Manat qıtlığı yaranıb, dollar alışı KƏSKİN AZALDI

Manat qıtlığı yaranıb, dollar alışı KƏSKİN AZALDI

Banklarda dollara tələbdə azalma dinamikası davam edir. Dövlətin koronavirus pandemiyasının təsirlərini zəiflətmək üçün sahibkarlara və muzdlu işçilərə verdiyi maliyyə dəstəyi də tələbin azalmasının qarşısını ala bilmədi. Mərkəzi Bank tərəfindən keçirilən valyuta hərracının və depozit hərracının nəticələri göstərir ki, banklar dollardan çox manat alır.


Sfera.az xəbər verir ki, halbuki, apreldə neft qiymətlərinin daha çox enməsi, dövlətin iqtisadiyyata maliyyə dəstəyi göstərməsi dollara tələbi yenidən artıra bilərdi. Amma bu, nəinki baş vermədi, əksinə, dollar alışı daha da azaldı.

 

Aprelin 1-dən 22-nə kimi Mərkəzi Bank tərəfindən 6 valyuta hərracı keçirilib. Bunlardan ilki aprelin 2-də olub və hərracda 74,6 milyon dollar satılıb. Sonra aprelin 7-də keçirilən hərracda 67,2 milyon dollar, ayın 9-da baş tutan hərracda 55 milyon dollar, aprelin 14-də olan hərracda 56,5 milyon dollar, aprelin 16-da baş tutan hərracda 53 milyon dollar, aprelin 21-də olan hərracda isə 38,8 milyon dollar satılıb. Bu hərraclarda 345,1 milyon dollar banklara verilib. Mövcud dinamikanı nəzərə alsaq, apreldə dollara tələbin 400-450 milyon səviyyəsində olacağını güman edə bilərik.


Dollara tələbin azalmasının üç başlıca səbəbi var – karantin, manat qıtlığı və idxalın azalması. Karantin dövründə sahibkarların və əhalinin fəaliyyətinə qadağalar gətirilib, onların biznes və əmək fəaliyyəti məhdudlaşdırılıb. Belə vəziyyətdə gəlir əldə etmək imkanı zəiflədiyinə görə iqtisadi subyektlərin yığım əldə etmək qabiliyyəti azalıb. Yığım edə bilməyən və ya əvvəlki dövrlərlə müqayisədə dəfələrlə az yığım edən iqtisadi subyektlərin dollar almaq imkanı təbii ki, xeyli zəifləməli idi. Buna görə də karantin davam etdikcə ölkəmizdə dollar alışının artması müşahidə edilməyəcək.

 

Karantin rejimi bankların əlində olan sərbəst vəsaitin realizəsini də çətinləşdirib. Onlar hüquqi və fiziki şəxslərdən cəlb etdikləri vəsaiti yönəltməyə, kredit verməyə yer tapa bilmir. Buna görə də banklarda yenidən Mərkəzi Bankın keçirdiyi depozit hərraclarına böyük maraq yaranıb. Martda depozit hərraclarına maraq zəifləmişdi. Mərkəzi Bank hərracda 200-300 milyon manat məbləğində manatla vəsait cəlb edə bilirdi. Amma apreldə keçirilən hərraclarda tələb 400 milyon manatı ötüb. Bu ayda 3 hərrac keçirilib və həmin hərraclarda Mərkəzi Bank 14 gün müddətinə manatla vəsait cəlb edib. Bütün hərraclarda 200-250 milyon manat vəsaitin cəlb edilməsi nəzərə tutulur. Birinci hərrac aprelin 6-da keçirilib və bu hərracda 258,7 milyon manat cəlb olunub. İkinci hərrac aprelin 13-də olub və burada 426,9 milyon manat cəlb edilib. Aprelin 20-də keçirilən üçüncü hərracda isə 480,3 milyon manat cəlb olunub.

 

Göründüyü kimi, banklarda deposit hərraclarına maraq böyük olub və onlar 6,76 faiz olmaqla manatla vəsaitlərini Mərkəzi Banka yerləşdiriblər. Yalnız son iki hərracda 907,2 milyon manatı Mərkəzi Bank cəlb edib.


Dollar alışını azaldan digər amil manat qıtlığıdır. Martda əhalidə, biznes dairələrində yaranan ajiotajla əlaqədar Mərkəzi Bank 1,9 milyarddan çox dollar satıb. Hüquqi və fiziki şəxlər bu qədər dolların alınması üçün 3,23 milyarddan çox manatla vəsait xərcləyiblər. Həmin vəsaitlər indi banklardadır. Karantinlə əlaqədar gəlirlərin azalması, martda böyük həcmdə dollar alınması və Mərkəzi Bankın depozit hərracları yolu ilə manat cəlb etməsi apreldə manat qıtlığı yaradıb, buna görə də hüquqi və fiziki şəxslərin istəyi olsa belə dollar almaq qabiliyyəti xeyli zəifləyib.

 

Nəhayət, dollar tələbi azaldan digər amil idxalın dəyərinin azalması ilə bağlıdır. Neftin ucuzlaşması və dünyada alıcılıq qabiliyyətinin zəifləməsi səbəbindən beynəlxalq birjalarda əmtəə qiymətlərində ciddi enmə var. İlin əvvəlindən əmtəələr orta hesabla 15-30 faiz səviyyəsində ucuzlaşıb. Əmtəələrin ucuzlaşması əvvəlki miqdarda alınan mala daha az pulun ödənilməsinə səbəb olub. Digər tərəfdən ölkəmizdə karantinin olması, bir çox sahələrdə fəaliyyətin dayanması da əmtəələrə olan tələbi xeyli zəiflədib. Qeyri-ərzaq mağazalarının əksəriyyətinin bağlanması həmin malların idxalını dəfələrlə azaldıb. Dollara tələbi yaradan əsas amillərdən biri də məhz qeyri-ərzaq malları idi.

 

İndiki vəziyyətin qalacağı təqdirdə yaxın bir ayda dollar tələbdə artım gözlənilmir. Yalnız karantin dövrü bitdikdən sonra neft qiymətləri yüksəlmə mərhələsinə keçməsə, o halda, dollara tələbin yenidən artması gözlənilir.

 

 

 

Vasif

sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...