Manat da dəyərdən düşəcək? – Ekspertdən AÇIQLAMA

Manat da dəyərdən düşəcək? – Ekspertdən AÇIQLAMA
Bəzi mütəxəssislər Türkiyənin valyuta böhranı ilə üzləşən yeganə ölkə olmayacağını bildirir.

Yəni digər ölkələrin də qarşıdakı zaman ərzində milli valyuta ilə bağlı problem yaşayacağı iddiaları dolaşmaqdadır.

 

Maraqlıdır, valyuta böhranının digər qonşu ölkələrə, o cümlədən Azərbaycana təsir etmə ehtimalı nə qədərdir? Ümumiyyətlə, Türkiyədə valyuta böhranı qarşıdakı zaman ərzində bizə mənfi təsir edə bilərmi?


 

Məsələ ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov Türkiyədə lirənin ucuzlaşmasını hökumətin çıxış yolu olaraq gördüyünü deyib:


"İqtisadiyyatı zəif yaxud bu sahədə problemləri olan ölkələr pandemiya dövründə bir növ sınağa çəkildilər. Həmin ölkələr güclü valyuta ehtiyatları və bunun sayəsində xarici ticarətdə olan müsbət saldolar hesabına öz milli valyutalarını qoruyub saxlaya bildilər. Lakin Türkiyə kimi valyuta ehtiyatlarında ciddi problemlər olan ölkələr isə milli valyutanın məzənnə sabitliyini qoruyub saxlaya bilmədilər. Ona görə Türkiyə bu problemin həlli kimi milli valyutasının dəyər ititməsi yolunu seçdi. Türkiyə bu sürətlə milli valyutanın ucuzlaşmasının qarşısını almaqda maraqlı görünmüdü. Qardaş ölkə bununla öz ixracını stimullaşdırırdı, rəqiblər qarşısında daha ucuz məhsulları beynəlxalq bazara çıxararaq, istər Azərbaycan, istər Avropa bazarında rəqiblərini sıxışdırmaq üçün bu yolu tutmuşdu. Bu da Türkiyənin ixrac səviyyəsini artırmağa ciddi şəkildə kömək oldu. Lakin bundan sonnrakı proseslərdə düşünürəm ki, Türkiyə hökuməti eniş prosesini saxlamaq üçün addımlar atacaq. Çünki lirənin daha çox dəyər itirməsi digər fəsadlar yarada bilər. Hazırkı məzənnə Türkiyənin iqtisadiyyatı, ticarət dövriyyəsində olan saldonun özlərinə sərf edəcək formada dəyişməsi üçün əlverişli variant idi. Təbii olaraq hökumət adamları, iqtisadçılar bu tendensiyanın fərqindədilərvə prosesi axınına buraxmamışdılar”.


 

Ekspert lirənin ucuzlaşmasının Azərbaycanın milli valyutasına təsir etməyəcəyini bildirib:


"Azərbaycan və Türkiyə lirə üzərindən ticarət etmədiyi üçünbunun Azərbaycana ciddi təsirləri gözlənilən deyil. Əksinə olaraq Azərbaycan istehsalçıları türk mallarını daha ucuz alacaqlar. Lirənin ucuzlaşması daha çox Türkiyə mallarına rəqabətli mallar istehsal edən ölkələr üçün problem yarada bilər. Pomidor və bir neçə xırda kənd təsərrüfatı malı istisna olmaqla böyük anlamda Türkiyə və Azərbaycan məhsulları bir-birinə rəqib deyil. Ticari ödənişlərdə də beynəlxalq valyutadan istifadə Azərbaycan üçün mənfi təsirlərin yaranmamasına gətirib çıxaracaq. Türk lirəsinin daha da ucuzlaşmasına gəlincə, düşünürəm ki, hökumət bu istiqamətdə addımlar atacaq”.

 

 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR