Manafın qızının boşandığı əri danışdı - Video

Manafın qızının boşandığı əri danışdı - Video
Müğənni Nüşabə Ələsgərli polisə çağırılıb.
Xəbərçi xəbər verir ki, həmkarı Manaf Ağayevin keçmiş kürəkəninin şikayəti əsasında Nəsimi rayonu Polis İdarəsinə dəvət olunan Ələsgərli izahatı alındıqdan sonra sərbəst buraxılıb. Manaf Ağayevin qızı Səməyanin keçmiş həyat yoldaşı Taleh Hüseynov baku.ws-ə açıqlamasında bildirib ki, boşanmağa qərar verdikdən sonra Manaf Ağayevin göstərişi ilə şou-biznesdəki dostları tərəfindən təzyiqlərə məruz qalıb: "Bunlardan biri də Nüşabə Ələsgərli idi ki, mənə dəfələrlə sərt təzyiqlər göstərirdi. Müəyyən insanların vasitəsilə mənim "başıma oyun açacağı" və ciddi problemlər yaradacağı ilə hədə-qorxu gəlirdi. Bu təzyiqlər mən polisə müraciət edənədək davam etdi. Məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etdim. Nüşabə Ələsgərli Nəsimi rayon Polis İdarəsinə çağırıldı. İzahatı alındıqdan sonra sərbəst buraxıldı. Qadın konkret olaraq Manafın tapşırığını yerinə yetirir. Yoxsa mənim onunla heç bir problemim olmayıb. İndi də məhkəmədə mənə qarşı şahidlik edir". Xatırladaq ki, Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan ayrılıb. 21 avqustda Taleh Hüseynov keçmiş xanımı ilə Apelyasiya Məhkəməsində üz-üzə gəliblər. Gərgin keçən prosesdə məhkəmə müğənninin qızının xeyrinə qərar çıxarıb. İş adamı olan Taleh Hüseynov məhkəmədən sonra sosial şəbəkədə canlı yayıma çıxaraq iddialı fikirlər səsləndirib. O, 2015-ci ildə ailə qurduğu Səmayə ilə evliliklərinin cəmi 2 il çəkdiyini, onun psixi pozğunluğu olduğunu və Səmayənin səhhətində problemlər üzündən övladları olmadığı üçün ayrılmaq qərarı verdiyini deyir.

OXŞAR XƏBƏRLƏR

Təranə Qumralın qızı qısa şortda elə rəqs etdi ki... - VİDEO

Müğənni Təranə Qumralın qızı Qumral yenə də sosial mediadakı paylaşımı ilə diqqət çəkib. Sfera.az xəbər verir ki, Qumral instaqram hesabında rəqsini paylaşıb. ...

Oksana Rəsulovanın koronavirusla bağlı səs yazısı yayıldı - VİDEO

"Ehtiyac yaranarsa, könüllü həkim kimi virusla mübarizəyə qoşularam".  Sfera.az Redaktor.az-a istinadla xəbər verir ki, bu sözləri rəqqasə, aktr...

Murad Dadaşov onu da Xəzər TV-yə gətirdi

 "Xəzər" televiziyası tamaşaçıya yaxın günlərdə yeni layihə təqdim edəcək. Sfera.az bildirir ki, sözügedən telekanalın rəhbəri Murad Dadaşov türkiyəl...

Nazəninə AĞIR İTKİ

Tanınmış müğənni Nazəninə ağır itki üz verib. Sfera.az xəbər verir ki, bu gün sənətçinin qardaşı dünyasını dəyişib: "Daha bir qardaşımı itirdim”. ...

“Səndən sonra heç vaxt evlənməyəcəm” — Xərçəngdən əziyyət çəkən aktrisadan kədərli ETİRAF

Əməkdar artist Tünzalə Əliyeva əziyyət çəkdiyi xərçəng xəstəliyindən danışarkən göz yaşlarını saxlaya bilməyib. Sfera.az xəbər verir ki, o, bu barədə ARB...

"Həyat yoldaşım hansısa qadınla yatacaqsa..." - Nura Surinin bu açıqlaması aranı qatdı

Tanınmış müğənni Nura Surinin xəyanətlə bağlı açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Sfera.az xəbər verir ki, k...