Maliyyə Nazirliyi 21 vəzifəli şəxsi CƏRİMƏLƏDİ

Maliyyə Nazirliyi 21 vəzifəli şəxsi CƏRİMƏLƏDİ
 

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ilin birinci yarısında aparılan nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 756,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 299,9 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Nazirlikdən verilən məlumata görə, bu ilin birinci yarısında, dövlət büdcəsindən maliyyələşən 2 rayon icra hakimiyyətinə, 1 şəhər sahə ərazi nümayəndəliyinə, 1 təhsil müəssisəsinə, 2 məhdud məsuliyyətli cəmiyyətə, eyni zamanda, bir neçə şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib. 

Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol verən vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati protokollar tərtib edilib, həmin Məcəllənin 410.1-ci və 410.2-ci maddələrinə uyğun olaraq 21 vəzifəli şəxsə ümumilikdə 20,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Hesabat dövründə mənimsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi və İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə 4 təşkilat üzrə aşkar edilmiş 266,7 min manat məbləğində artıq ödənişlərə dair sənədlər Azərbaycan Respublikasının prokurorluq orqanlarına göndərilib.

Eyni zamanda, 2019-cu ilin birinci yarısında Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda aparılmış yoxlamalarla 5440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 3295,08 min manatının bərpası təmin olunub, müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib. 

2019-cu ilin birinci yarısında aparılan nəzarət tədbirləri zamanı bir sıra xarakterik nöqsanlar da aşkarlanıb. Belə ki, bəzi hallarda yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmiri üçün ayrılmış vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilən kimi sənədləşdirilən işlərin həcminin əsassız olaraq artırıldığı, malların (iş və xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma müsabiqələrinin keçirilmədiyi aşkar edilib. Həmçinin, kommunal təsərrüfatı qurumlarında tələb olunan nəqliyyat xərclərinin artırılması və normadan artıq xidməti geyimlərin və iş alətlərinin alınması üzrə artıq vəsait proqnozlaşdırılaraq xərclənib, bəzi hallarda alınmış malların (iş və xidmətlərin) dəyəri bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənilib.

 Məktəbəqədər və orta təhsil müəssisələrində aparılmış yoxlamalarla şagirdlərin sayının müvafiq qaydada müəyyən edilmiş normadan az olduğu halda ingilis dili, alman dili, Azərbaycan dili və fiziki tərbiyə fənləri üzrə dərslərin siniflərin yarımqruplara bölünməsi ilə keçirildiyi və bu hesaba süni əsas yaradılaraq əlavə əməkhaqqı ödənildiyi, qrupların fəaliyyət göstərməsi üçün lazımi tədris-maddi baza olmadığı halda günü uzadılmış qrupların təşkil edildiyi, ödənişli əsaslarla təhsil alan tələbələr üzrə təhsil haqlarının yığılması və onların xərclənməsi üzrə uçotun tələb olunan səviyyədə aparılmadığı, maddi-məsul şəxslərin öhdəsində bərk və yumşaq inventarlar üzrə çatışmazlığa yol verildiyi aşkar edilib.

Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili və aparılmasında, hesabatların tərtibi işlərində nöqsanlara yol verilib, təsərrüfat əməliyyatlarına müxabirləşmələr verilməmiş, maddi-məsul şəxslərlə tam maddi məsuliyyət haqqında fərdi müqavilələr bağlanılmayıb. 

Aşkar edilmiş nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdimatlar göndərilib.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...