“Malı satıb, aradan çıxırlar...” – Onlayn ticarət zamanı bizi necə aldadırlar?

“Malı satıb, aradan çıxırlar...” – Onlayn ticarət zamanı bizi necə aldadırlar?
Son vaxtlar onlayn alış-veriş saytları və sosial şəbəkə səhifələrindən şikayətlər durmadan artır. Xüsusilə pandemiya dövründə əksəriyyətin üstünlük verdiyi onlayn ticarətlə bağlı hələ də problemlərin mövcud olduğunu görürük.
 
Kimisi aldığı məhsulu qaytara bilmədiyindən, kimisi məhsulun istədiyi kimi olmadığından , şəkildə fərqli göründüyündən şikayətlənir, kimisi də ödəniş edilməsinə rəğmən, məhsulu əldə edə bilmədiyini deyir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sfera.az-a danışarkən bildirib ki, onlayn ticarətlə bağlı problemlər uzun zamandır aktualdır: "Artıq hətta əllə alınan mallarda da problem var. İstehlakçı hüquqlarının pozulması baxımından birinci yerdə texniki cihazlar satan qurumlar dayanır. Daha sonra mebel satanlar gəlir. Mebeli vətəndaşın evinə gətirib aradan çıxırlar. Yəni, onlar "pulunu ver, get cəhənnəmə” prinsipi ilə işləyirlər. Məhsulu əldə etdikdən sonra həmin şəxslərlə kommunikasiya qurmaq, müdiriyyətlə görüşmək mümkün olmur. Bu, ciddi problemdir, getdikcə artır.
 
Təəssüflər olsun ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna  dəyişikliklər edilməsinə baxmayaraq, hamısı istehlakçıların zərərinə olub. Bu istiqamətdə qanunda çoxlu boşluqlar var. Məsələn, parfümeriya malları geri qaytarılmayan mallar siyahısındadır. Qızıl məhsulları da bu qəbildəndir. Bu məsələdə qanuni olub məntiqi olmayan və ya əksinə olan vəziyyətlər mövcuddur”.

Müsahibimizin sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti illər boyu istehlakçının hüququnu deyil, biznesin tərəfini saxlayıb:
 
"Lakin qurumun yeni rəisi Sahib Məmmədovdan çox şey gözləyirəm. Vəziyyəti dəyişmək üçün düşünürəm ki, həmin qurum iş görəcək. Yenə də mənzərə ağırdır. Xüsusilə pandemiya dövründə bir sıra şəxslər onlayn ticarətlə məhsullar satırlar və yox olurlar. Vətəndaşalara tövsiyə edirəm ki, pul verdiyiniz zaman mütləq kassa çeki alın. Əgər kassa çeki verilmirsə, almayın. Çünki problem olan zaman siz onu dəyişib qaytara bilməzsiniz. Qanunvericilik kassa çeki olmadan malı dəyişməyə, qaytarmağa icazə vermir.
 
Mürəkkəb texniki cihaz alanda satıcının yanında da bütün funksiyalarını, işlək vəziyyətdə olmasını yoxlayın. Çünki bir saatdan sonra "cızmısan, zədələmisən” kimi böhtanlar ata bilərlər. Məsələn, ötən günlərdə bizə buna bənzər şikayət daxil olmuşdu. Vətəndaş geyim alıb, bir saatdan sonra qaytarmaq istəyəndə bildiriblər ki, paltardan qoxu gəlir. Yəni problemlər həddindən artıq çoxdur”.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....