Makronu Hitlerə bənzədən fransız istintaqa cəlb olunub - FOTO

Makronu Hitlerə bənzədən fransız istintaqa cəlb olunub - FOTO
Fransada prezident Emmanuel Makronun məcburi peyvəndləmə ilə bağlı qərarına reaksiyalar gəlməyə başlayıb.

Sfera.az xəbər verir ki, qərardan sonra Fransa küçələrindəki elan lövhələrində etirazlar əksini tapıb.

Səhiyyə işçilərinə istiqamətlənən məcburi vaksinasiya siyasəti və sağlamlıq kartı tətbiqini tənqid etmək məqsədilə Fransanın cənubundakı Var vilayətinin Toulon və Seyne-sur-Mer şəhərlərində ölkə prezidenti Makronun Hitlerə bənzədildiyi fotolar yerləşdirilib.

"İtaət et, peyvəndlən!" sözlərinin yer aldığı fotoda "utan" ifadəsi də qeyd olunub.
Məhəmməd peyğəmbərə qarşı təhqiramiz karikaturaların söz azadlığı sayıldığı Fransada Toulon Prokuroru Bernard Marşal elan lövhəsindəki fotonun müəllifi Mişel Anqe Flori adlı şəxsi prezidenti ictimaiyyət arasında təhqir etməsi səbəbilə istintaqa cəlb edib.

Bundan əvvəl 350-ə qədər mübahisəli elan fotoları asması ilə tanınan Mişel Anqe Flori 2019-cu ildə sarı jiletliləri dəstəklədiyinə görə tənqid olunurdu.
 
Xatırladaq ki, Fransa prezidenti peyvənd pasportu olmadan bar və restoranlara daxil olan şəxslərin 6 aylıq həbs olunacağı barədə qərar imzalayıb.
Peyvənd pasportu olmayan şəxsləri öz obyektlərinə buraxan məkan sahiblərini isə 1 il həbs cəzası, yaxud 45 000 avro cərimə gözləyir.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR