Makron Qarabağla bağlı Putindən nə xahiş edib? – “Onun bu marağı qəribədir...”

Makron Qarabağla bağlı Putindən nə xahiş edib? – “Onun bu marağı qəribədir...”
Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Qarabağdakı son durumla bağlı məlumatlandırılmasını istəyib. Ölkə başçıları Cənubi Qafqazda iqtisadi bə nəqliyyat əlaqələrinin bərpası mövzusunda da danışıblar.
 
Maraqlıdır, Fransanın Qarabağa maraq göstərməsi nədən irəli gəlir? 

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Müşfiq Məmmədli tərəflərin yeni infrastruktur layihələrinin icrası ilə bağlı danışıqlar aparmasının önəmsiz olduğunu bildirib:
 
"Aparıcı dövlət başçılarının beynəlxalq məsələləri müzakirə etməsi praktikada görünən hadisədir. Azərbaycan öz ərazisində suveren hüququnu heç kimlə bölüşmək niyyətində deyil. Bunu prezident İlham Əliyev də dəfələrlə bildirib. Bu baxımdan digər dövlət başçılarının Azərbaycanda həm nəqliyyat infrasturktrunun qurulması, həm təhlüksəziklik məsələləri ilə bağlı hansı məsələni müzakirə etməsinin önəmi yoxdur. Biz 30 il ərazində Minsk qrupu ilə danışıqlar həyata keçirdik, prosesləri səbirlə izlədik. Lakin təəssüf ki, keçən müddətdə Minsk qrupu ölkələrinin verdiyi təkliflər reallaşmadı. Azərbaycan ordusu bu səbəblə Minsk qrupunun görməli olduğu işi həyata keçirdi”.
 
Deputat bəzi ölkələrin Qarabağla bağlı marağının başadüşülən olmadığını deyib:

"İndi bəzi ölkələrin Qarabağla bağlı layihələrin hazırlanmasında və iştirakında olan marağı qəribə gəlir. Yəni, əgər addımlar beynəlxalq səviyyədə atılacaqsa, onda ikili standarlara nə ehtiyac var? Azərbaycan sərhədlərinin toxunulmazlığını öz gücü hesabına bərqərar edir, tərəflərlə lazımı danışıqlar baş tutur. Azəbaycanın Minsk qrupunun fəaliyyəti ilə bağlı qəti mövqeyi var və prezident bunu son çıxışlarında ifadə edib".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...