Makron nazirlərin vaksinasiyadan danışmasını qadağan etdi

Makron nazirlərin vaksinasiyadan danışmasını qadağan etdi
Fransa Prezidenti Emmanuel Makron nazirlərə koronavirus vaksinasiyası barədə danışmağı qadağan edib.
 
Sfera.az xəbər verir ki, sözügedən mövzuda yalnız Baş nazir Jan Kasteks, səhiyyə naziri Oliver Veran, sənaye işləri dövlət naziri Aqnes Panniyer-Runaçer və hökumət sözçüsü Qabriel Attal danışa bilər.

Prezident digər nazirlərin açıqlama verəcəkləri təqdirdə istefalarının mümkünlüyünü qeyd edib.

Bildirilib ki, Makron ölkədəki vaksinasiya strategiyasından və bəzi nazirlərin açıqlamalarından narazıdır, vaksin və pandemiya ilə bağlı yanlış addımların atılmasına tolerantlıq göstərmir.



OXŞAR XƏBƏRLƏR