Makron Ermənistan prezidenti ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi

Makron Ermənistan prezidenti ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi
Ermənistan Prezidenti Armen Sarkisyan və fransalı həmkarı Emmanuel Makron cümə günü Yelisey Sarayında keçirilən görüşdə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan prezident aparatının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı Makron əldə olunmuş atəşkəs razılaşmalarının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

"Onlar münaqişənin həllində ATƏT-in Minsk Qrupunun rolunu qeyd ediblər və ən qısa müddətdə Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağın vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.

OXŞAR XƏBƏRLƏR