Mais Mənsimov ordumuza və İzmirdə zərərçəkənlərə yardım etdi

Mais Mənsimov ordumuza və İzmirdə zərərçəkənlərə yardım etdi
Türkiyənin Lənkərandakı fəxri konsulu Mais Mənsimov Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.

Sfera.az xəbər verir ki, M. Mənsimov fonda 15 min manat vəsait köçürüb.

Fəxri konsul, eyni zamanda oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə zərərçəkənlərə 70 min TL dəyərində yardım edib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

OXŞAR XƏBƏRLƏR