Mahirdən “səni sevirəm” yazan azarkeşə jest - FOTO
11:46 / 23.09.2021
732
Polşa kubokunda "Suvalski” klubu ilə qarşılaşan "Legiya”nın futbolçusu, Azərbaycan yığmasının üzvü Mahir Emreli üçün azyaşlı azarkeş maraqlı pankart açıb.
Sfera.az xəbər verir ki, polşalı tərəfdar "səni sevirəm, Emreli” yazılmış pankartla forvarda dəstəyini bildirib.
M.Emreli də matç bitdikdən sonra yaxınlaşaraq ona avtoqraf verib.