Mahir Xəttabın 4 il həbsi tələb olundu

Mahir Xəttabın 4 il həbsi tələb olundu
YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovdan hədə ilə pul tələb etməkdə ittiham olunan jurnalist Mahir Ələkbərovun (Xəttab) məhkəməsi keçirilib.

Sfera.az  xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. O, "Azadinfo.az” MMC-nin təsisçisi olan Mahir Xəttabın 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Daha sonra Mahir Ələkbərovun vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Növbəti proses yanvarın 18-də davam edəcək 

Rəsmi məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan tədbirlərlə M.Ələkbərovun R.Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, görüntülərin silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə almasına əsaslı şübhələr müəyyən edilib.

Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dünyada şəxsi münasibətlərdə YENİ TREND: "Situasyon eşq"

Adı müəyyən edilməmiş romantik münasibətlər getdikcə daha çox cütlüyü əhatə edir. Bunun pis bir şey olduğunu demək olmaz. Ancaq bunların sağlam münasibət olmadı...

Prokurorluğun bir işçisi qovulub, 5-nə töhmət verilib

Ötən il Bakı şəhər Prokurorluğunun bir işçisi işdən azad olunub, 5 nəfərə töhmət verilib.  Sfera.az xəbər verir ki, bu barədə Bakı şəhər Prokurorluğu...

Sabaha olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hi...

Yeni hərbi obyektlər istifadəyə verilib - FOTOLAR-VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Ordumuzda həyata keçirilən tikinti-quruculuq işlər...

Daha 11 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlandı

Yanvarın 21-də polis əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Daxili İşlə...

“COVID” pasportu olmayan 32 nəfər ötən gün toya buraxılmayıb

Yanvarın 21-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərind...