Mahir Xəttaba 3 ay HƏBS VERİLDİ

Mahir Xəttaba 3 ay HƏBS VERİLDİ
Binəqədi rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərlinin (Xəttab) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Sfera.az xəbər verir ki, prosesdə vəsatət təmin edilib və M.Ələkbərli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Mahir Ələkbərli (Xəttab) sentyabrın 9-da axşam saatlarında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

OXŞAR XƏBƏRLƏR