Mahir Qurbanov Meksika saytına müsahibə verib

Mahir Qurbanov Meksika saytına müsahibə verib
"Azərbaycan, Latın Amerika və İspaniya arasında ticarət və əməkdaşlıq potensialı böyükdür".

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Meksikanın tanınmış "Expresión México" xəbər saytına bildirib.

"Azərbaycan İspaniya Krallığı və Latın Amerikası ölkələri ilə münasibətlərə və əməkdaşlığa fayda verən hərtərəfli qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır.

Dağlıq Qarabağla bağlı olan suala cavabında isə Mahir Qurbanov bildirib ki, "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Qarabağ tarixi Azərbaycan torpağıdır. Bütün təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və mövqeyimizi qoruyur. İkinci Qarabağ müharibəsinin bu döyüşləri göstərdi ki, Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir. Nikol Paşinyan isə öz məğlubiyyətilə barışdı", - deyə M.Qurbanov bildirib.

Qeyd edək ki, Mahir Qurbanov indiyə kimi əksər ispandilli kütləvi informasiya vasitələrində Qarabağla bağlı çıxışlar edib.
 
Onun Qarabağla bağlı həqiqətləri məruzə etməsindən sonra "Tendencia y Belleza" saytı bu məsələ ilə əlaqədər Ermənistanın Madriddəki səfirliyi ilə əlaqə saxlayaraq onların mövqeyini soruşub. Ancaq səfirlik bu suala yaxın zamanda cavab verəcəklərini söyləyib.

Mahir Qurbanov Barselona Universitetinin Hüquq fakültəsində siyasi təhlil və beynəlxalq məsləhətlər üzrə magistr dərəcəsi almaq üçün bir müddət İspaniyada yaşayıb. O, ispan və katalon dillərində səlis danışır.


OXŞAR XƏBƏRLƏR