Mahir Qurbanov Kosta-Rika mediasına müsahibə verib

Mahir Qurbanov Kosta-Rika mediasına müsahibə verib
Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov Kosta-Rikanın tanınmış  "La Voz de Goicoechea” xəbər portalına müsahibə verib.

Sfera.az-ın məlumatına görə, müsahibədə əsasən bütövlükdə regionun təhlükəsizliyi məsələsinin önəm daşıdığı, iqtisadi maraqların Azərbaycan ərazisində kəsişdiyi qeyd olunub.
 
Azərbaycanın iqtisadi uğurları, bölgədəki nüfuzlu mövqeyi və tolerant ölkə olduğunu diqqətə çatdıran Mahir Qurbanov deyib ki, bütün xalqlar Azərbaycanda hər zaman birgə yaşayıblar: "Ölkəmizdə antisemitizm əlamətləri heç vaxt olmayıb. Azərbaycan tolerant dövlətdir, burada məscid, kilsə və sinaqoqlar yanaşı fəaliyyət göstərir, hər üç dinə etiqad edənlər öz inanclarında azaddırlar. Dövlətimizin başçısının təşəbbüsü ilə burada yaşayan 20 mindən çox dağ yəhudisi üçün paytaxtın mərkəzində yeni sinaqoq inşa olunub”.

Söhbət əsnasında M.Qurbanov Ermənistanın təcavüzkar siyasətinə də toxunub, işğal altında olan zaman Azərbaycan torpaqlarında bütün məscidlərin, qəbiristanlıqların vəhşicəsinə məhv edildiyi nəzərə çatdırıb.
 
O qeyd edib ki, 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafındakı 7 rayonun əraziləri işğal edilib, 20 min nəfərdən artıq azərbaycanlı həlak olub:

"Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə saylı (822, 853, 874 və 884) qəbulu, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasətinin pislənilməsi və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarının birmənalı şəkildə tələbinə baxmayaraq, bu tələblər yerinə yetirilməyib. Azərbaycan artıq 30 ilə yaxın danışıqlar aparsa da, Ermənistan bu prosesə məhəl qoymurdu. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Baş Komandanın əmri əsasında əks-hücum əməliyyatına başlanıldı. Prezidentin sərəncamı ilə ölkəmizdə hərbi vəziyyət və qismən səfərbərlik elan edildi".

Müsahibə zamanı Mahir Qurbanov onu da bildirib ki, düşmən 44 günün sonunda diz çökdü, Cənubi Qafqaz erməni faşizminin zülmündən qurtardı: "Azərbaycanın dövlət sərhədləri bərpa edildi. Ermənistan isə kapitulyasiyaya getdi. Bu, Ermənistan üçün yeganə çıxış yolu idi. Noyabrın 10-da isə Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan, Rusiya liderlərinin birgə bəyanatı imzalandı. Artıq bunu da demək olar ki, Qarabağda yeni era başladı. Sülhün və sabitliyin qurulması yeni imkanlar açacaq, regionun bütün ölkələrinə xeyir gətirəcək!"

Müsahibədə həmçinin Azərbaycanda müxtəlif iri miqyaslı layihələrin həyata keçirildiyi qeyd olunub,  başqa mövzulara da toxunulub.
 
 
İnci
 

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...