Mahir Mədətov ilk dəfə yeni soyadına aydınlıq gətirdi: Bu, babamınkıdır

Mahir Mədətov ilk dəfə yeni soyadına aydınlıq gətirdi: Bu, babamınkıdır
Mənim üçün bombardirlik ikinci planda idi. Sadəcə, bu gün "Neftçi”yə uduzmaq istəmirdim. Onlara qalib gəlməyin həzzi başqadır. Çünki, bu derbidir. Sevinirəm ki, qalib gəldik və çempion olduq. Çempion ola bilməsəydik, əziyyətimiz yerdə qalacaqdı.

Sfera.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu millimizin və "Qarabağ”ın futbolçusu Mahir Mədətov (Emreli) deyib.

O, karyerasında mövsümün gedişatında enişin olmasını ailə problemlərinin olması ilə əlaqələndirib:

"Ailə problemlərim heç kimə sirr deyil. Hər şeyin başında bu durur. Sadəcə, gördüm ki, iş buradadır, ailə buradadır. Tənzimləmək istəyirdim. Amma gördüm ki, həm oradan, həm də buradan oluram. Kapitanımıza və baş məşqçimizə bu haqda danışdım. Onlar da dəstək olduqdan sonra oyunumda artıma nail oldum.

Mənim vəzifəm anamın, bacımın yanında olmaq idi. Bundan sonra da belə olacaq. Onlara sahib çıxmalıyam. Sadəcə, hər şey ani olduğu üçün bir az şok keçirdim. Karyeramda eniş getsəydi, anam və bacım çox pis olardı. Gözlərini mənə dikiblər, onlar üçün çox vacibəm. Eləcə də onlar mənim üçün. Çalışıram ki, öz işimlə də onları sevindirim. Çempionluğumu da, bombardirliyimi də onlara həsr edirəm”.

Mahir yeni şəxsiyyət vəsiqəsində atası Anarın adını öz ismi ilə və Mədətov soyadını Emreli ilə dəyişdirib. O buna da aydınlıq gətirib:

"Sosial şəbəkələrdəki yeni şəxsiyyət vəsiqəmi mən paylaşmamışam. Babamın soyadı Emrelidir. O, yarı avar, yarı azərbaycanlıdır. Onun soyadını özümə götürmüşəm. Bu soyad məndən başqa bir də dayım oğlundadır. Növbəti mövsümdən formamda "Mədətov” yox, sadəcə "Mahir” yazılacaq”.

O daha sonra Yunanıstanın AEK klubunun onu istəməsi ilə bağlı danışıb:

"Bunu yeni mövsümdə görəcəyik. Ola bilər ki, xaricə üz tutum. Avropada yaxşı klub, oynaya biləcəyim yer olsa, canla-başla gedərəm. AEK isə məni hələ "Kopenhagen”ə qalib gələrək, Çempionlar Liqasına vəsiqə qazandığımız vaxt istəyirdi. Son olaraq, qışda mənim üçün "Qarabağ”a rəsmi təklif göndərdikləri vaxt mövsümün ikinci hissəsinə üç gün qalırdı, "Neftçi” ilə oyuna hazırlaşırdıq.

Hələ "Qarabağ”la bir illik müqaviləm var. Ən böyük problem transfer haqqı məsələsidir. AEK fikirləşir ki, Azərbaycan çempionatıdır, xərcə düşmək istəmir. Amma əslində "Qarabağ”ın ardıcıl beş il avrokubokların qrup mərhələsində oynamış bir Avropa klubu kimi transfer haqqı istəməyə tam ixtiyarı var”.

OXŞAR XƏBƏRLƏR

COVID-19-la bağlı Azərbaycana 200 xarici həkim gətirilib

 "Azərbaycan koronavirus (COVID-19) pandemiyası ilə mübarizəyə təxminən 200 nəfər xarici həkimi cəlb edib”. Sfera.az xəbər verir ki, bunu Prezident İ...

“Hər kəs Azərbaycan dövləti və Prezidenti ətrafında birləşdi” - ŞAHİN SEYİDZADƏ

 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin  Tovuz rayonunda Ermənistan silahlı qüvvələri öz mənfur əməllərinin davamı olaraq, təxribata cəhd ...

“Mәzarın ziyarәtgahımızdır, Xәyyam!” - FOTO

İsmayıllı Rayon İcra Hakimiyyətinin Facebookdakı rəsmi səhifəsində iyulun 12-dә qəhrəmancasına həlak olmuş əsgər Xәyyam Daşdәmirovun məzarının ziyarət olunduğ...

Ermənilərin Tovuzun kəndinə atdığı top mərmisi zərərsizləşdirilməsi üçün götürülüb - FOTOLAR

 Bu gün saat 08:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 09:13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərind...

Ötən gecə Milli Məclisin binasına dəyən ziyanın məbləği AÇIQLANIB

 Ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlament...

“İndi milli iradə, birlik, həmrəylik zamanıdır”

  "Təəssüf ki, bir qrup təxribatçı, ekstremist ideyalarla zəhərlənmiş vətən xaini insanlarımızın saf hisslərindən, Vətən sevgisindən irəli gələn dəstək ak...