Mahir Emreli "Legiya"da ilin ən yaxşı legioneri seçildi

Mahir Emreli
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında ilin ən yaxşı legioneri seçilib.

Sfera.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında qeyd olunub.

25 yaşlı hücumçu azarkeşlər arasında sorğu nəticəsində bu ada yiyələnib.

Emreli 42 faizlə komanda yoldaşlarını qabaqlayıb. Serbiyalı müdafiəçi Filip Mladenoviç 39 faizlə ikinci, çexiyalı forvard Tomaş Pexart 19 faizlə üçüncü olub.

Qeyd edək ki, Mahir Emreli cari mövsüm vurduğu 11 qolla "Legiya"nın ən sərrast futbolçusudur. Onun Polşa klubundan ayrılacağı ehtimal olunur.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR