Mahir Emreli: \"Çərçivəni görən kimi topa zərbə vurdum\"

Mahir Emreli: \
"Hələ matçdan əvvəl demişdim ki, bu oyundan tək azarkeşlər yox, futbolçular da zövq almalıdır. Bu, cəmi 90 dəqiqəlik şou idi".

Sfera.az-ın məlumatına görə, bunu Polşa "Legiya"sının futbolçusu Mahir Emreli evdə İngiltərə "Lester"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Görüşdə yeganə qolun müəllifi olan 24 yaşlı hücumçu komandasına qələbə qazandırdığı üçün xoşbəxt olduğunu söyləyib: "Yaxşı oynadıq, sonadək mübarizə apardıq və 3 xal əldə etdik. Hər kəi təbrik edirəm. Qolu necə vurdum? Çərçivəni görən kimi topa zərbə vurdum. Belə də lazım idi. Kimin fərqlənməsi önəmli deyil. Əsas odur ki, qalib gəldik".

Azərbaycan millisinin hücumçusu bildirib ki, qarşılaşmadan öncə heç bir komanda yoldaşı rəqibdən çəkinmirdi: "Əlbəttə, onlara hörmət edirik. "Lester" əla komandadır. Amma müasir futbolda hər şey mümkündür. Hamımız eyni fikirdə idik: biz illərdir gözlədiyimiz şey uğrunda mübarizə aparırıq. Topdan zövq alan işlər də qaydasında gedir".

Qeyd edək ki, "Legiya" ilk 2 turdan sonra maksimum nəticə ilə C qrupuna başçılıq edir.
 
(Report)
 

OXŞAR XƏBƏRLƏR

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...