Mahaçqalada tankerdə partlayış

Mahaçqalada tankerdə partlayış

Dağıstanın paytaxtı Mahaçqalada dəniz limanında tankerlərin birində güclü partlayış baş verib.

"Qafqazinfo”nun "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər həlak olub, iki nəfər itkin düşüb. 

Məlumata görə, tankerin göyərtəsində ümumilikdə 6 nəfər olub.

Hazırda hadisə yerində xilasedicilər çalışır.

Faktla bağlı cinayət işi açılıb.


OXŞAR XƏBƏRLƏR