Magistraturaya qəbul üçün proqram və ixtisas seçimi başlayır - Bu gündən

Magistraturaya qəbul üçün proqram və ixtisas seçimi başlayır - Bu gündən
Bu gündən etibarən 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başlayır.

Sfera.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, ixtisaslaşma seçimi iyulun 5-dək aparılacaq.

Proqram və ixtisaslaşma seçiminə magistraturaya 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Məlumat üçün qeyd edək ki, bu il imtahanların 2 dəfə keçirilməsi ixtisaslaşma seçiminə buraxılanların sayına müsbət təsir edib. 16 624 bakalavr minimal tələbləri ödəyərək ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanıb. Ötən il müvafiq göstərici 11 615 nəfər olub.

Müsabiqədə iştirak etmək hüququ olan bakalavrlar 2021-ci il iyunun 29-dan iyulun 5-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistra­tura­larına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Bakalavr hәr iki cәhddә iştirak etdiyi halda müsabiqәdә öz istәyinә әsasәn birinci vә ya ikinci imtahandan topladığı balla iştirak edir. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqram(lar)ı və həmin proqram(lar)a aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir, yəni seçilən bütün ixtisaslaşmalar bakalavrın bitirdiyi ixtisasa görə seçim cədvəlinə əsasən seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı yaxın günlərdə "Magistr” jurnalının 4-cü sayında dərc olunacaq).

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ərizəsi"ndə proqram və ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.


OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...