Maddi-mədəni irsin məhv edilməsi ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir - Deputat

Maddi-mədəni irsin məhv edilməsi ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir - Deputat
4 saatdan çox, 4 dildə 35 media qurumunun 50-dək sualını cavablandıran ölkə Prezidenti İlham Əliyev növbəti dəfə yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək dünyanın diqqətini Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi. Fevralın 26-da, Xocalı faciəsinin 29-cu ildönümünə təsadüf edən mətbuat konfransında dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin şahidi oldu.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, dövlət Başçımız 44 günlük Vətən müharibəsində xarici media nümayəndələrinə verdiyi 30-dan artıq müsahibə zamanı Azərbaycanın mövqeyini dünyaya peşəkarcasına çatdırmağa, informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdirməyə müvəffəq olub.

Ölkə Prezidenti yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir daha illərdir düşmən tapdağı altında qalan torpaqların, şəhərlərin, rayonların, kənd və qəsəbələrin erməni vandalları tərəfindən darmadağın edilməsinə, infrastrukturun, tarixi, mədəni, dini abidələrin viran edilməsinə diqqəti yönəltdi: "Ağdam şəhərinin görüntüləri hamımız üçün çox ağrılıdır və bütün dünya bunu görməlidir. Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir”.

Bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan xalqının mədəni irsini məhf etməyə çalışan erməni vandalları məscidlərlə yanaşı kilsələrə də zərər vurublar. 44 günlük müharibədə Erməni silahlı qüvvələrinin törətdiyi vəhşiliklərin həddi-hüdudu olmadı. Münaqişə zonasından kilometrlərlə uzaqda yerləşən, qədim mədəniyyət mərkəzi olan Gəncəyə raket hücum nəticəsində nəinki dinc insanlar qətlə yetirildi, həm də tarixi tikililərə ziyan dəydi. XIX əsrdə tikilmiş Gəncə gimnaziyası, IX əsrin İmamzadə məscidi, XIX əsr Aleksandr Nevski Rus Pravoslav kilsəsi kimi tarixi-dini abidələr Ermənistanın raket hücumları nəticəsində zərər gördü.

Maddi-mədəniyyət abidələrinin bərpası və qorunmasına daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin sərəncamları ilə qədim tarixi abidələr yenidən qurulur, bərpa edilir.

Vaxtilə Cənubi Qafqaza yerləşdiriləndən sonra "Böyük Ermənistan” xülyasına düşən ermənilər daim torpaqlarımıza, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikib, özününküləşdirməyə çalışıblar. İstədiklərinə nail ola bilməyəndə isə məhf edib, dağıdıblar. Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir.

Artıq düşmənin "Böyük Ermənistan” xəyalları birdəfəlik puç oldu və 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı qələbə ermənilərin yalan üzərində qurulan məqsədlərinin arzu, xəyal olaraq qalacağını nümayiş etdirdi.

Böyük Britaniyadan olan jurnalistin Prezident İlham Əliyevin rekorda imza atdığını, jurnalistika ilə məşğul olduğu 25 ildə hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmadığını dilə gətirməsi Azərbaycanın və onun xalqının taleyinə görə məsuliyyəti layiqincə yerinə yetirən Prezident İlham Əliyevin güclü intuitsiyasının, mühakimə qabiliyyətinin və intellektual potensialının zənginliyinin dünya ictimaiyyətinin gözündən qaçmadığının daha bir nümunəsi oldu. (Trend)

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...