Maddi maraq qarşılığında dövlət mükafatı, brend mağazalar, işdən uzaqlaşdırma - Deputatlığa namizədin şübhəli keçmişi

Maddi maraq qarşılığında dövlət mükafatı, brend mağazalar, işdən uzaqlaşdırma - Deputatlığa namizədin şübhəli keçmişi
 

Yeni Azərbaycan Pariyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər siyasında diqqətçəkən dairələrdən biri də 64 saylı Sabirabad ikinci seçki dairəsidir. İqtidar partiyası bu dairədən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədovun namizədliyini irəli sürüb.

Sfera.az  xəbər verir ki, Ramin Məmmədov siyasi çevrələrdə Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun kadrı kimi tanınır.
Medianın monitorinqi göstərir ki, Ramin Məmmədovun adı indiyədək bir sıra qalmaqallı hadisələrdə hallanıb, ünvanına bir sıra ağır ittihamlar səsləndirilib.

Məsələn, Veteninfo.az saytı yazıb ki, R.Məmmədovun adı bir sıra layiq olmayan şəxsləri maddi maraq qarşılığında dövlət mükafatlarına salmaqda hallanır.

Gundeminfo.az saytının iddiasına görə isə Ramin Məmmədovun Bakıda və müxtəlif Avropa ölkələrində müxtəlif mağazaları fəaliyyət göstərir. Say haqlı olaraq sual edir ki, görəsən dövlət qulluqçusu kimi aylıq əməkhaqqısı bəlli olan biri necə və hansı vəsaitlərlə belə brend mağazalara sahib olub?

Bizimxeber.az saytının iddiasına görə isə, Ramin Məmmədov Avropa və Asiya ölkələrində diaspora işinin təşkili ilə məşğul olmaq əvəzinə, öz maraqlarına xidmət edib.

Ramin Məmmədovla bağlı mediada son yayılan xəbər isə onun Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini olmasına baxmayaraq, qeyri-rəsmi formada vəzifəsindən uzaqlaşdırılması ilə bağlıdır. R.Məmmədov komitəyə yeni rəhbərlik təyin edildikdən sonra demək olar ki, heç bir tədbir, görüş və iclasda görünməyib. (editor.az)


OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...