Maaş və pensiya alanlara SEVİNDİRİCİ XƏBƏR - Bundan sonra…

Maaş və pensiya alanlara SEVİNDİRİCİ  XƏBƏR - Bundan sonra…
"2022-ci ildə maaş və pensiyaların artırılması prioritet məsələlərdəndir”.

Sfera.az bildirir ki, bu barədə iqtisadçı ekspert, Millət vəkili Vüqar Bayramov  açıqlamasında bildirib.

Onun sözlərinə görə, gələn ilin Dövlət Büdcəsi layihəsində, eləcə də Maliyyə Nazirliyi tərəfindən təqdim olunan ilkin göstəricilərdə də orta əmək haqqının və digər sosial ödənişlərin artırılması nəzərdə tutulur.
 
"Cənab Prezident tərəfindən sosial təminat sisteminin gücləndirilməsilə bağlı xüsusi sənəd imzalandı.

Bu da ondan xəbər verir ki, 2020-ci ildə yeni, genişləndirilmiş sosial paketin təqdimatı ili kimi yadda qalacaq. Bütövlükdə sosial təminatın gücləndirilməsi Azərbaycan üçün prioritetdir. Amma nəzərə alsaq ki, pandemiya səbəbindən dünya bazarında qiymətlərin artması müşahidə olunur.

Bu da Azərbaycanda inflyasiyaya təsir göstərir. Xüsusən nəzərə alsaq ki, idxal olunan məhsulların qiymətlərində artımlar var”, - deyə deputat bildirib.

Vüqar Bayramov saytımıza açıqlamasında onu da əlavə edib ki, Azərbaycan istehlak etdiyi ərzaq məhsulların əhəmiyyətli hissəsini idxal etdiyinə görə, yerli bazarda qiymətlər dünya bazarına uyğun dəyişir.

"Bu səbəbdən də, yeni paket qiymət artımının təsirlərini minimumlaşdırmaq, həm də vətəndaşlarımızın sosial rifahını daha da yaxşılaşdırmaq məqsədi daşıyacaq.

Məvacib və pensiyaların dəqiq hansı səviyyədə, neçə faiz artırılacağı yaxın zamanlarda bəlli olacaq. Cənab prezidentin göstərişindən sonra bununla bağlı işlər aparılır.

Bütün hallarda birmənalı şəkildə qeyd etmək lazımdır ki, 2022-ci ildə kifayət qədər ciddi və hiss edilən artımlar olacaq. Bütünlükdə gələn il yeni sosial paketin təqdim ediləcəyi gözlənilir”.

(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...