Ülvi Quliyev: “Prezidentin Gəncə, Mingəçevir və Samuxa səfəri tarixi səfərdir”

Ülvi Quliyev: “Prezidentin Gəncə, Mingəçevir və Samuxa səfəri tarixi səfərdir”
 "Prezident İlham Əliyevin Gəncə, Mingəçevir şəhərlərinə və Samux rayonuna səfəri koronavirus pandemiyası dövründə də regionların sosial-iqtisadi inkişafının diqqət mərkəzində saxlanıldığını, bu sahəyə xüsusi önəm verildiyini göstərir”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

 

O qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə "NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar, Gəncədə "Şah Abbas” və "Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasiminə qatılıblar. Eyni zamanda Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanış olublar: "Bundan başqa Prezident İlham Əliyev Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış kompleksinin tikintisi, "Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olub.

 

Dövlətimizin başçısı "Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasiminə qatılıb, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib”.

 

Ü.Quliyev vurğulayıb ki, bütün bunlar yeni iş yerlərinin açılması deməkdir və əhalinin məşğulluğunun təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Onun fikrincə, yeni iş yerlərinin açılması da öz növbəsində əhalinin sosial rifahının təmin edilməsinə səbəb olur: "Hazırda bütün dünyanı koronavirus pandemiyası bürüyüb. Bu da qlobal iqtisadiyyata təsirsiz ötüşməyib. Hazırda bəzi problemlər olmasına baxmayaraq, Azərbaycan hökumətinin gördüyü tədbirlərlə bunun iqtisadiyyatımıza ciddi təsirinin qarşısını almaq mümkün olub. Sosial və investisiya layihələrinin davam etdirilməsi, dövlət büdcəsindən xəstəxana, məktəb, mədəniyyət ocaqları, idman sarayları və yol tikintisinə davamlı olaraq vəsait ayrılması bunu deməyə əsas verir. Yəni Azərbaycan pandemiya dövründə də sosial və investisiya layihələrinin icrasını davam etdirir. Bu zaman regionların inkişafına xüsusi önəm verilir”.

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Gəncəyə səfəri zamanı koronavirus pandemiyası ilə mübarizə məsələsi də diqqət mərkəzində olub: "Gəncədə modul tipli xəstəxananın açılışı oldu. Bu ölkəmizdə istifadəyə verilən sayca beşinci modul tipli xəstəxanadır. Cənab Prezident orada həkimlərlə görüşdə geniş nitq söylədi, vacib məsələlərə toxundu və ciddi mesajlar verdi. Dövlətimizin başçısı əsas diqqəti ölkəmizdə koronavirus pandemiyası ilə mübarizəyə yönəltdi, görülən işlər barədə məlumat verdi, haqlı olaraq dedi ki, virusun Azərbaycanda geniş yayılması bəzi vətəndaşların məsuliyyətsizliyi ilə bağlıdır. Prezident İlham Əliyev çox açıq danışdı və bildirdi ki, vətəndaşlar pandemiya ilə mübarizədə həmrəylik, birlik göstərdiyi kimi məsuliyyət də göstərməlidir. Bu çox haqlı və yerində olan çağırışdı. Əgər biz koronavirusdan qorunmaq məsələsində məsuliyyətli olmasaq, karantin qaydalarına əməl etməsək, maska taxmasaq, sosial məsafə gözləməsək vəziyyət çox pis ola, xəstələri yerləşdirməyə xəstəxanalarda yer tapılmaya bilər. Ona görə də biz hamımız – bütün vətəndaşlar cənab Prezidentin çağırışına qoşulmalı, məsuliyyətli olmalıyıq. Əks halda həm özümüzü təhlükə altına atarıq, həm də dövlət qurumlarını çətin vəziyyətə salarıq”.

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak etməsinə toxunan Ülvi Quliyev deyib ki, bu, ölkəmizdə ordu quruculuğuna, Azərbaycan Ordusunun güclənməsinə olan diqqət və qayğının göstəricisidir: "Ali Baş Komandan iyunun 3-də bölgələrə səfəri zamanı da hərbi hissə açılışında iştirak etmişdi. Bunlar onu göstərir ki, Azərbaycan Ordusu koronavirus pandemiyası dövründə də inkişaf edir, qüdrətini artırır. Dövlət başçısı hərbi sahənin inkişafını xüsusi diqqət mərkəzində saxlayır, bu sahəyə böyük miqdarda vəsait ayrılır, yeni silah, texnika alınır, hərbi hissələr tikilərək istifadəyə verilir. Bütün bunların nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü silahlı qüvvələri sırasında yer alır”.

 

O, Prezident İlham Əliyevin regionlara bu dəfəki gedişini tarixi səfər sayır: "Çünki həm ölkəmiz, həm də dünya ağır bir sınaqdan keçir. Koronavirus pandemiyası hər şeyi dəyişib. Buna baxmayaraq dövlətimizin başçısı yenə də gərgin iş qrafikində işləyir, rayonlara tez-tez səfər edir, işlərin gedişatına nəzarət edir, tapşırıq və tövsiyələrini verir. Bu ağır günlərdə də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqın içindədir, insanların yanındadır”. (modern.az)

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...