Ülvi Quliyev: “Azərbaycan sübut etdi ki, COVID-19-la mübarizədə qlobal həmrəylik vacibdir”

Ülvi Quliyev: “Azərbaycan sübut etdi ki, COVID-19-la mübarizədə qlobal həmrəylik vacibdir”
 

"Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması Azərbaycanın qlobal liderliyini təsdiqləyir. Uzun illərdir beynəlxalq aləmdə sülh, təhlükəsizlik və əməkdaşlığa, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verən ölkəmiz, indi də koronavirus pandemiyası ilə mübarizədə qlobal həmrəyliyin yaradılması missiyasını öz üzrərinə götürüb. Cənab Prezidentin gərgin əməyi nəticəsində Azərbaycan bu missiyanın öhdəsindən uğurla gəlir”.

 

Sfera.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr olunan xüsusi sessiyasının çağırılmasını şərh edən millət vəkili Ülvi Quliyev deyib.

 

Azərbaycanın pandemiya ilə mübarizə üzrə beynəlxalq aləmdə gördüyü işlərə toxunan millət vəkili vurğulayıb ki, ölkəmiz bu sahədə nümunəvi siyasət həyata keçirir. Onun sözlərinə görə, hətta inkişaf etmiş dövlətlər belə infeksiya ilə mübarizədə sərhədlərini bağlayıb yalnız öz vətəndaşlarının sağlamlığı haqqında düşündükləri halda, Azərbaycan bununla bağlı qlobal həmrəyliyə və vahid yanaşmaya nail olmaq üçün əlindən gələni edir.

 

Ü.Quliyev qeyd edib ki, koronavirusla mübarizə sahəsində ilk beynəlxalq təşəbbüsü Prezident İlham Əliyev irəli sürüb. O xatırladıb ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşü keçirilib: "Türk Şurası dünyada ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan zirvə görüşünü təşkil edib. Bu da cənab Prezidentin təşəbbüsü sayəsində baş tutub. Toplantıda Şuraya üzv olan ölkələrdə pandemiyaya qarşı birgə mübarizə məsələsi, bu sahədə əməkdaşlıq və görüləcək işlər müzakirə olunub.

 

Mayın 4-də isə Qoşulmama Hərəkatının sədri kimi cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunan "COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşü keçirildi. Pandemiya ilə mübarizədə böyük əhəmiyyət daşıyan bu görüşlərdə geniş müzakirələr aparıldı, atılacaq addımlar nəzərdən keçirildi”.

 

Ü.Quliyev bildirib ki, Azərbaycan Prezidenti pandemiya ilə mübarizə, onun ağır sosial-iqtisadi nəticələrinin aradan qaldırılması və qlobal həmrəylik sahəsində təşəbbüslərini davam etdirib və Qoşulamama Hərəkatının onlayn zirvə görüşündə çıxışı zamanı BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin digər təşəbbüsləri kimi bu ideyası da dünya dövlətlərinin əksəriyyəti tərəfindən dəstəklənib.

 

O bildirib ki, dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə dəstək verib:  "Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer alıb. Təhlükəsizlik Şuraasının daimi üzvü Rusiya da həmin ölkələr sırasındadır. Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu barədə məlumat veriblər. Rusiya tərəfi Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirib və xüsusi sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib. Bu həm iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının, həm də Prezident İlham Əliyevin təşəbbüsünün pandemiya ilə mübarizədə böyük əhəmiyyət daşıdığının göstəricisidir”.

 

BMT Baş Assmableyasının COVID-19-la mübarizə üzrə xüsusi sessiyanın iyulun 10-da başladığını vurğulayan millət vəkili qeyd edib ki, dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı ölkələr arasında aparılacaq məsləhətləşmələrdən asılıdır: "Hesab edirəm ki, bu formatda da müzakirələr baş tutacaq. Əvvəla, bu təşəbbüsü irəli sürən Prezident İlham Əliyevin dünya liderləri arasında böyük nüfuzu var. Cənab Prezidentin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində zirvə görüşlərinin keçirilməsi, indi isə BMR Baş Assambleyasının xüsusi sessiyasının çağırılması bunu bir daha təsdiqləyir.

 

İkincisi, xüsusi sessiya elə bir problemə həsr olunub ki, o bütün dövlətlərə təsir edib. Koronavirus dünyanın hər yerində yayılıb, bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib.

 

Üçüncüsü, infeksiya hələ yox olmayıb və yayılmaqda davam edir. Hələlik virusun peyvəndi tapılmayıb və nə zaman tapılacağı da bilinmir. Bəzi ölkələr də isə çox ağır vəziyyət yaranıb. Payızda pandemiyanın ikinci dalğasının olacağı gözlənilir. Ona görə də məsələnin BMT himayəsi altında dövlət və hökumət başçıları səviyyəsində müzakirəsinə böyük ehtiyac var. Bu formatda müzakirələr mümkün qədər tez bir zamanda təşkil olunmalıdır. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün artıq xüsusi sessiyanın keçirilməsi təkcə hərəkat ölkələrinin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilib”.

 

Ü.Quliyev onu da deyib ki, BMT tarixində 31 xüsusi sessiya keçirilib: "Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılıb. Lakin Azərbaycanın təklifi ilə xüsusi sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Prezident İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atıb”.

 

"Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Pandemiyanın siyasi, iqtisadi, sosial və digər aspektləri yaddan çıxır. Bəşəriyyətin BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Əgər indiki anda BMT görünmürsə, bəs bu problemlə kim məşğul olacaq” Məgər BMT-dən böyük hansısa təşkilat var? Bu mənada hazırda BMT-yə inam, təşkilatın etibarlılığı ciddi imtahan qarşısındadır.

 

Nəzəri olaraq BMT ümumiyyətlə bu il rəsmi olaraq toplaşmaya bilər. Bu halda sual olunur ki, bəs dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır?! BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platformadır. Bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Pandemiya kimi qlobal problemin müzakirəsi ilə bu qlobal təşkilat bəs niyə məşğul olmur. Belə bir çətin dövrdə kim qlobal liderliyi öz üzərinə götürməlidir?”, - millət vəkili vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...