Lütfi Zadə adına Beynəlxalq Olimpiada keçiriləcək - FOTO

Lütfi Zadə adına Beynəlxalq Olimpiada keçiriləcək - FOTO
20-25 dekabr 2021-ci il tarixlərində dünya şöhrətli Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına Beynəlxalq Olimpiada keçiriləcək. 
 
Sfera.az bildirir ki, Lütfi Zadənin 100 illiyinə dair tədbirlər planı çərçivəsində nəzərdə tutulan olimpiada məktəblilər arasında riyaziyyat və informatika fənləri üzrə təşkil ediləcək. Olimpiadada dünyanın müxtəlif ölkələrindən məktəblilər iştirak edəcəklər. Onlayn keçirilməsi planlaşdırılan olimpiadaya yaşı 18-dən çox olmayan məktəblilər qatıla biləcəklər. 

Dekabrın 20-də olimpiadanın onlayn formatda açılış mərasimi, dekabrın 22-də  riyaziyyat,  dekabrın 23-də informatika fənni üzrə yarış günü, dekabrın 25-də isə qaliblərin elan edilməsi və bağlanış mərasiminin təşkili nəzərdə tutulur.

Riyaziyyat fənni üzrə iştirakçılara 4 tapşırıq və bu tapşırıqların həlli üçün 4 saat 30 dəqiqə vaxt, informatika fənni üzrə isə iştirakçılara 4 tapşırıq və onların həlli üçün 5 saat vaxt veriləcək.

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd görkəmli alim Lütfi Zadə və onun elmə verdiyi töhfələr barədə dünya məktəblilərini daha çox məlumatlandırmaq,  ayrı-ayrı ölkələrdən olan istedadlı gənclər arasında dostluq münasibətlərinin qurulmasını təmin etmək, məktəblilərdə riyaziyyat və informatika fənlərinin dərindən öyrənilməsinə maraq yaratmaqdan ibarətdir. 

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...