\"Luna\" Dubayı tərk etdi: 115 metrlik superyaxtaya yaxından baxış - FOTOLAR

\
Son bir neçə ildir, mübahisəli boşanma davasına görə, Dubay limanında dayanan, azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus 115 metrlik "Luna” superyaxtası nəhayət Dubayı tərk edib.
 
Sfera.az bildirir ki, bu barədə "Superyacht Times” məlumat yayıb. Qeyd edilib ki, yaxta oktyabrın 11-də yola düşüb və hazırda Süveyş kanalından keçərək Aralıq dənizinə doğru irəliləyir.

"Luna” 2010-cu ildə Almaniyanın məşhur gəmiqayırma şirkəti "Lloyd Werft” tərəfindən hazırlanıb.  Yaxtanın möhtəşəm xarici görkəmini alman dizayn studiyası "New Cruise” öhdəsinə götürüb. "Luna”nın  klassik göy gövdə və su xəttində qırmızı zolağı ilə vurğulanan ağ bir quruluşu var. 20 metrlik dirəyi olan, beş göyərtəli yaxta 5.655 GT-lik böyük daxili həcmə malikdir. Kəşfiyyatçı üslublu superyaxta, uzun mənzilli avtonom seyr etməyə imkan verən ən son naviqasiya avadanlığı ilə təchiz edilib. İki helikopter meydançası və yeddidən çox tender ilə  "Luna”  dünyanın ən ucqar yerlərini araşdırmaq üçün lazım olan hər şeyə malikdir.

2016-cı ildə o, 14 ay davam edən və 50 milyon dollara başa gələn ciddi təmirdən keçərək yeni rənglənmiş korpus, xarici mebel, yeni buxar otağı, sauna və s. ilə təchiz edilib. Eyni zamanda yaxtada yerləşən çimərlik klubu da təkmilləşdirilib. Daxili və xarici məkanları ayıran sürüşmə şüşə qapılı "Luna”nın üç istiqamətə açılan terrasları isə qonaqlara üzmək, günəş vannası almaq və ya istirahət etmək üçün geniş şərait yaradır. Əsas göyərtənin üstündəki göyərtədə, yaxtanın günəş vannası qəbul etmək üçün yastıqlarla əhatə olunmuş, mükəmməl, böyük bir hovuzu var. Hovuzun arxa tərəfində istirahət otağı və açıq hava yemək sahəsi olan kölgəli bir örtük mövcuddur. 

"Luna”nın əsas salonuna bitişik, şüşə qapılardan daxil olmağa imkan verən açıq hava salonu da görənləri heyrətləndirir. Superyaxtanın sahibi elə adına uyğun olaraq, göyərtə sahələrinə "ay divarları" da əlavə etdirib. Tünd mavi divarlar yaxtada fon rolunu oynayır. "Luna”nın daxili orijinal interyeri isə "Donald Starkey Designs” tərəfindən hazırlanıb. Sözügedən geniş təmir zamanı sahibi yaxtanın ümumi daxili estetikasını qoruyub saxlasa da, əksər mebellərini, divarlarını və s. yeniləyib. 

Yaxtanın daxilində qonaqların rahatlğını təmin etmək üçün çoxlu istirahət otağı və əyləncə sahələri yerləşir. 18 nəfərə qədər qonağı qəbul edə bilən "Luna”nın master otağı onun diqqətçəkən yerlərindən biridir. Superyaxtanın günəş vannası qəbul etmək və ya sadəcə mənzərəni seyr etmək üçün xüsusi bir göyərtəyə çıxışı var. "Luna” həmçinin beş MTU 16V 4000 M40B dizel mühərriki ilə təchiz olunub ki, bu da onu 22,5 düyün maksimum sürətə və 16 knot kruiz sürətinə çatdırır.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...