“Ölümümü gözləməyin...” - Çingiz Abdullayev

“Ölümümü gözləməyin...” - Çingiz Abdullayev
Koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən dünya şöhrətli dedektiv yazarı, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev özünün "Facebook” səhifəsində sözügedən mövzuyla bağlı paylaşım edib.

Sfera.az məşhur qələm sahibinin paylaşımını olduğu kimi təqdim edir:

"Ölümümü gözləməyin! Səkkiz gün əvvəl kovidə yoluxdum. Özü də ən xoşagəlməz "delta” ştammına. İndi isə gəlirəm mətləb üstə. Dörd ay əvvəl iki doza peyvənd vurdurmuşam, Avropadan sifariş edilən dərmanlar, vitaminlər qəbul etmişəm. Nəticədə xəstəliyimi demək olar, heç hiss etmədim. Amma təbii ki, karantin qaydalarına əməl edirəm. Saturasiyam 97-98 arasındadır. Bütün bu müddət ərzində temperaturum olmayıb, öskürmürəm, demək olar, bütün qoxuları duyuram. Bu vaksinləşmə ilə bağlı deyəcəklərim idi. Dediyim odur ki, səfeh olmayın, vaksinləşmədən imtina etməyin...

Mən həyatım boyu bir ədəd siqaret belə çəkməmişəm, demək olar, spirtli içki içmirəm, cavanlıqda idmanla çox məşğul olmuşam. Adətən futbolda 3-4 saat ayaq üstə dururam. Bu da sağlamlıqla bağlı demək istədiklərim”.
 
Xəstələnmək olar, ölməyə isə dəyməz. Xüsusilə də xəstəliyi ağır keçirməyə. Piylənmə də öz işini görə bilər. Uzun illərdir 1,87 sm. boyumla 94-97 kq. çəkimi qoruyub saxlayıram. "Xəstələnməyin” demək olmaz. Bu virus hər kəsə bulaşa bilər, amma ölmək vacib deyil. Xəstəliyi ağır keçirməyə də ehtiyac yoxdur. Mənə vaxt ayırdığınızçün hamınıza təşəkkür edirəm. Sağlam olun!

Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR