Ölümcül virusdan xilas olan qadın — \"İlk yoluxan mən olmuşam\"

Ölümcül virusdan xilas olan qadın — \
Çində yayılan ölümcül koronavirus infeksiyasından sağalan şəxs var.
 

Sfera.az medicina.az-a istinadən xəbər verir ki, virusdan canını qurtaran 44 yaşlı şəxs xəstəliyi barədə danışıb. O, bildirib ki, bir neçə ilk öncə Uxan bölgəsinə köçüb. Tətili isə Çinin başqa əyalətin Çunçinə keçirib. Bir müddət əvvəl onun vəziyyəti dəyişilib. Buna görə də həyat yoldaşı onu xəstəxanaya çatdırıb. Müayinə olunan qadının koronovirusa yaxalandığı aşkarlanıb.

Qadının sözlərinə görə, bu ərazidə ilk virusa yoluxan o olub. Virus aşkarlandıqdan sonra həkimlər onu virus əleyhinə müalicə ediblər və bu zaman ənənəvi Çin tibb üsulundan istifadə edilib. Daha sonra səhhətində müsbət irəliləyişlər müşahidə edilib və xəstəxanadan çıxarılaraq evə göndərilib.
O, tibbi maskadan istifadə etməyi, tez-tez əlləri yumağı, hərarətin qalxması, öskürək və digər simptomlar baş verdiyi zaman həkimə müraciət etməyi gecikdirməməyi tövsiyə edib:

"Təcrid edilmək sizi narahat etməsin, əhval-ruhiyyəni yüksək tutmaq, həkimə qulaq asmaq və inanmaq lazımdır. Bu zaman mütləq sağalacaqsınız. Qorxmaq lazım deyil"- deyə o bildirib.

Qeyd edək ki, koronavirusdan 304 nəfər həyatını itirib, 14489 insan isə bu virusa yoluxub.

OXŞAR XƏBƏRLƏR

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...