Lukaşenko Bakıya Putinin mesajını çatdırmaq üçün gəlib? – Belarus prezidenti vasitəçi rolunda

Lukaşenko Bakıya Putinin mesajını çatdırmaq üçün gəlib? – Belarus prezidenti vasitəçi rolunda
"Lukaşenko "İsgəndər-M” raketilə bağlı yaranan problemdə vasitəçi rolunda çıxış edir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfərilə, onun Minskə dönəndən sonra rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışması arasında hansısa bağlılığın olmasına aydınlıq gətirərkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Həmsöhbətimizin dediyinə görə, ola bilər, Lukaşenko "İsgəndər-M” raketilə bağlı Moskva ilə Bakı arasında yaranan problemin həllində vasitəçilik edir: "Belarus prezidentinin Azərbaycana səfəri iki ölkə arasında siyasi, iqtisadi, texniki-hərbi əməkdaşlığın bundan sonrakı inkişafına həsr edilib. Onun Minskə qayıtdıqdan dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə zəngləşməsi düşünürəm ki, Bakı ilə Moskva arasında son zamanlar "İsgəndər-M” raketilə bağlı yaşanan müəyyən suallarla bağlı olub.
 
Rusiya tərəfi həmin raketlərlə bağlı qeyri-müəyyənlik ortaya qoyub, həqiqətə uyğun olmayan informasiyalar yayır. Bundan əlavə  Rusiya sülhməramlı qüvvələrin Qarabağdakı fəaliyyəti istiqamətində də bir sıra problemlər mövcuddur. Görünür, Lukaşenko məhz "İsgəndər-M” raketlərilə bağlı yaranan problemin həllində vasitəçi qismində çıxış edir. Lukaşenkonun məhz bu istiamətdə vasitəçi qismində rol aldığını istisna etmirəm”.
 
Politoloq bildirdi ki, Azərbaycanın sözügedən məsələ ilə bağlı müəyyən irad və istəkləri Lukaşenkonun diqqətinə çatdırılıb və o da bunları Putinə bildirib: "Belə hallar dünya diplomatik praktikasında  mümkün variantlardır”.
 
M. Əsədullayev Bakıda səfərdə olankən Lukaşenkonun Putinin hansısa mesajını Bakıya çatdırmasını da istisna etmir: "Məhz Putinə zəngindən sonra bəlli olur ki, Belarus rəhbərinin Bakıya səfəri tək iki ölkə arasında siyasi, iqtisadi, hərbi əməkdaşlıqla əlaqəli olmayıb, həm də regionda, MDB-də gedən proseslər, Bakı ilə Moskva arasında "İsgəndər”lə bağlı suallara aydınlıq gətirməsilə də bağlı olub”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR