Lukaşenko prezidentlik dövrünün ən əsas qərarını açıqlayacaq
19:34 / 17.04.2021
4773
Belarus lideri Aleksandr Lukaşenko yaxın günlərdə dörddə bir əsrlik prezidentliyi dövrünün əsas qərarlarından birini qəbul edəcəyini deyib.
Sfera.az xəbər verir ki, bu barədə "Belta” agentliyi məlumat yayıb.
O bildirib ki, qərar rəsmiləşdirilmə mərhələsindədir və onu daha sonra açıqlayacaq: "Bu, dörddəbir əsrlik prezidentliyim dövrünün əsas qərarlarından biri olacaq. Bu, çox ciddi qərar olacaq”.
Dövlət başçısı hansı qərardan bəhs etdiyini açıqlamayıb, amma əlavə edib ki, böyük ehtimalla, bu, Prezident dekreti olacaq.