\"Lukaşenko Bakı və Ankaranın timsalında yeni müttəfiqlərə ehtiyac duyur\" - ŞƏRH

\
Son zamanlar Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakı, Moskva və Ankara istiqamətində fəallıq nümayiş etdirdiyi göz önündədir. Belə ki, bir müddət əvvəl Bakıda səfərdə olan Lukaşenko evə dönər-dönməz Kreml sahibi Vladimir Putinlə danışıb. İndi isə Belarus Prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla əlaqə qurub. 

Belarus liderinin bu üçbucaq ətrafında son zamanlar var-gəl etməsi nə ilə bağlıdır?

Məsələ ilə bağlı Sfera.az-a danışan QAFSAM sədrinin müavini Nazim Cəfərsoyun fikrincə, Lukaşenkonun Bakı, Moskva və Ankara ilə əlaqələri bir neçə səbəblə bağlı ola bilər. Politoloqa görə, Lukaşenko üçün həm Rusiya, həm də Qərb istiqamətləri artıq yaxşı perspektiv vəd etmir: 
 
"Birinci səbəb Lukaşenkonun daxili və xarici siyasətdəki mövqeyilə bağlıdır. Belarusun daxili siyasəti ciddi problemlərlə üz-üzədir. İqtisadi və siyasi müstəvidə ölkə mühüm çətinliklər qarşısındadır. Belarusun xarici siyasətdə yürütdüyü ənənəvi istiqamətlərdə də problemlər yaşanır. Rusiya ilə əlaqələri də qaydasında deyil. Rusiya Belarusu özünə birləşdirməyə çalışır, Lukaşenko isə ona müqavimət göstərir. Lukaşenkonun Rusiyanın imperalist siyasətini balanslaşdırmaq üçün bunun qarşılığında gedəcəyi Avropa və Amerikadan ibarət qapılar da demokratiya məsələsilə əlaqədar problemlidir. Belarus rəhbəri onu da görür ki, Qərbə meyllənən digər MDB ölkələri Moskvanın sərt imperalist təzyiqinin hədəfi olublar. Buna görə də Qərblə əməkdaşlığı Lukaşenko üçün təhlükəli hala gətirib”.

N.Cəfərsoy bu qənaətdədir ki, mövcud durumda Belarus Prezidenti daxili siyasətdə çətinlik yaratmayacaq, xarici siyasətdə isə mövqeyini balans şəkildə qorumağa imkan verən yeni müttəfiqlərə ehtiyac duyub və bu müttəfiqlər Azərbaycanla Türkiyə ola bilər. Onun sözlərinə görə, Qarabağ müharibəsi bu çərçivədə Lukaşenkonun önündə yeni fürsətlər açıb:
 
"Azərbaycanla Belarusun münasibəti son 30 ildə yaxşı olub. Hətta Rusiyadan təzyiq gələndə Bakı Minskə 250 milyon dollarlıq kredit verdi. Belarus isə ölkəmizə Rusiyadan ala bilmədiyimiz bəzi silahları verdi. Hazırda Belarusun Azərbaycana maraq göstərməsi bu ölkə iqtisadiyyatına yeni ixracat alanı açma imkanıdır. Geosiyasi motivdən də Bakı ilə Minski bölgədə Rusiyanın tez-tez təzahür edən imperalist iddialarına qarşı çıxış edirlər”. 

Politoloq bildirdi ki, Türkiyə ilə Azərbaycanın bölgədə yaratdığı balans Lukaşenkonu da məmnun edib: "Həm Rusiyanın imperalist iddialardan, həm də Qərbin liberallaşmaq tələblərindən özünü sığortalaya bilir. Ona görə də Lukaşenkonun Bakı və Ankara ilə yaxınlaşmasına ikili münasibətlər kontekstində baxıram”. 

Eyni zamanda, N. Cəfərsoy Azərbaycanla yanaşı Türkiyənin də Avrasiya İqtisadi Birliyinə müşahidəçi qismində dəvət olunması ilə bağlı işlərin getdiyini düşünür: "Hansı ki, burada da Lukaşenko təşəbbüskardır”. 

Rüfət SULTAN
Sfera.az


OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...