“Leş Tofiq” və dəstəsi yaxalandı - Ölü heyvan satışı

“Leş Tofiq” və dəstəsi yaxalandı - Ölü heyvan satışı
 

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyat zamanı mütəşəkkil dəstə tərkibində birləşən, əvvəllər eyni əməllərə görə məhkum olunmuş şəxlərin yaratdığı şəbəkənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.

Toplanmış materiallardan müəyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar.

Belə ki, mütəşəkkil dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş "Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb. O, qurduğu cinayətkar şəbəkə vasitəsilə rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin əsasən gecə saatlarında daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.

Əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, mütəşəkkil dəstənin rəhbərlərindən biri Əlifxan Rzaxanov Sabirabad rayonunun Xəlfəli kəndində eyni qaydada tədarük məntəqəsi yaradaraq mənşəyi məlum olmayan heyvan ətlərini ətraf rayonlardan toplayaraq Alıbəy Rzaxanova göndərilməsini təşkil edib.

Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.

Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılaraq mütəşəkkil cinayətkar dəstəyə daxil olan 8 nəfər həbs edilib. Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki, müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...