\"Love is...\" - Uşaqlığımızın ən maraqlı saqqızının KƏDƏRLİ TARİXÇƏSİ

\
 

Uşaqlığımızın ən sevimli saqqızları "Love is..." . Yəqin ki, xatırlamayan yoxdur. Hələ içərisindən çıxan maraqlı komiksləri də toplayırdıq. Amma saf uşaq qəlbimizlə hardan biləydik ki, əslində sevə-sevə oxuduğumuz bu vərəq parçaları böyük məhəbbət romanıdır.

Sfera.az  publika.az-a istinadən xəbər verir ki, "Love is" çox qəmgin sevgi hekayəsinin sarı yarpaqlarıdır.

Rəsm və mətnlərin müəllifi Yeni Zellandiyalı rəssam qadın bu adla mərhum ərini yad edirdi. Əslində isə hadisələr belə başlamışdı.

Kim Qrouv adlı rəssam 19 yaşında ikən dünya səyahətinə çıxır. 6 ildən sonra isə Kaliforniyada kök salır. Burada Roberto Kasali adlı italyanla tanış olur. Aşiqlər evlənirlər. Məhz Roberto onu həmin personajları yaratmağa ruhlandırır. Kim salfetlərin üzərində birgə həyatlarının ən maraqlı məqamlarını təsvir edir. Üzərində isə Sevgi budur deyib mətnlər yazırdı."Mən duyğularımı bu yolla üzə çıxarırdım. Bir növ gündəliyə bənzəyirdi. Öncə bir damla çəkdim, o dönüb qız oldu. Qız mən idim. Fantastik duyğuları isə mənim hiss etdiklərim idi. Daha sonra bu duyğuların ünvanı olan ikinci damlanı, yəni oğlanı təsvir etdim. Seçimim olsaydı, romantik mahnılar bəstələyərdim. Eşq bəstələri qəlbimə toxunur, Təəssüf k, bacarığım yoxdur, ancaq komikslərlə duyğularımı izhar edirəm".

Təəssüf ki, Kimlə Robertonun məhəbbət hekayəsi uzun çəkmir. Oğulları dünyaya gələndən dörd il sonra Robertoda xərçəng aşkarlanır. Həkimlər heç cür kömək edə bilmirlər. Kim ərinin son günlərini onunla birgə keçirmək üçün komikslərin taleyini həmkarına həvalə edir. Beləcə rəngli "Love is" rəsmləri işıq üzü görür.

1975-ci ildə Robertonu əməliyyat edirlər. Ailə özünü daha pis xəbərlərə hazırlayırdı. Bir gün Kim sevimli ərinə deyir ki, onun üçün ən böyük hədiyyə daha bir övlad olardı. 1976-cı ildə cütlük Robertonun spermasını dondurmağa qərar verirlər. Bu yolla Kim hətta əri dünyadan köçəndən sonra da hamilə qala bilərdi. Roberto öləndən bir müddət sonra Kim süni yolla ərindən hamilə qalıb övlad dünyaya gətirir. Pərəstişkarları onun qərarını sevgi ilə qarşılasalar da, din xadimləri rəssamı tənqid edirlər.

Sevimli ərimdən daha bir ədiyyə almışam. Bundan gözəl heç nə yoxdur deyən rəssam və onun acılı-şirinli eşq əfsanəsi bəlkə də uşaqlıqda başımıza gələn ən maraqlı xatirədir.


OXŞAR XƏBƏRLƏR

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...