\"Lotu Quli\"nin taclandırdığı “qanuni oğru” həbs edildi - FOTO

\
Azərbaycanlı "qanuni oğru” Taleh Dağlıyev (Tolik Noqinski) Rusiya Federasiyasının subyekti Stavropol diyarının Mineralnıe Vodı şəhərində saxlanılıb. 

Sfera.az xəbər verir ki, "qanuni oğru”nun üzərindən narkotik maddə olan heroin aşkar edilib. Taleh Dağlıyevin barəsində Rusiya Cinayət Məcəlləsinin 228.2-ci (külli miqdarda narkotin maddənin qanunsuz saxlanılması) maddəsilə cinayət işi başlanıb. 

Dindirmə zamanı Taleh Dağlıyev bildirib ki, o, Mineralnıye Vodı şəhərinə müalicə məqsədilə gəlib. 

Taleh Dağlıyev 24 noyabr 1983-cü ildə Bakının Maştağa qəsəbəsində anadan olub. O, bu həbsə qədər iki dəfə məhkumluq həyatı yaşayıb. Taleh Dağlıyev ilk dəfə 2015-ci ildə qanunsuz silah gəzdirməyə mühakimə olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib. İkinci dəfə isə 2017-ci ildə narkotik ittihamı ilə 1 il şərti cəza alıb. 

Taleh Dağlıyev 2014-cü ildə Türkiyədə "qanuni oğru” adına layiq görülüb. Onun taclandırıldığı "sxodka”da Nadir Səlifov (Lotu Quli), Namiq Səlifov (Namiq Bakinski), Andrey Torkunov (Turok) və Oleq Piroqov (Tcirkaç) kimi nüfuzlu "qanuni oğru”lar iştirak edib.

Taleh Dağlıyev "qanuni oğru” statusu aldıqdan 1 il sonra rus əsilli "qanuni oğru” Vladislav Qraçevlə (Şarap) konfliktdə olub. Bu konfliktin nəticəsi Şarapın kriminal dünyanın ali statusundan məhrum edilməsi ilə nəticələnib. 2017-ci ildə isə "Moskovskaya Tişina” həbsxanasında Taleh Dağlıyevlə Sergey Asatryan (Osetrina Mladşiy) arasında münaqişə yaranıb. Azərbaycanlı "qanuni oğru” bu konfliktdən də qalib ayrılıb. /Qaynarinfo


OXŞAR XƏBƏRLƏR

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Fonddan Sfera.az...

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...