“Lotu Quli”nin silahdaşı hədəfdə

“Lotu Quli”nin silahdaşı hədəfdə
 

Azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun ("Quli”) ən yaxın adamlarından olan qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyevə ("Arman Dikiy”) şir balası bağışlanıb. 

Sfera.az  xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Bununla bağlı video da paylaşılıb. Lakin araşdırmalarımız zamanı məlum olub ki, həmin video 2015-ci ilə aiddir. 

Rusiya mediası həmçinin Arman Cumagəldiyevin dəbdəbəli həyatı barədə yazıb. İddia edilir ki, kriminal avtoritet zəngin həyat yaşayır. Hətta onun şəxsi yaxtaya sahib olduğu bildirilir.

Arman Cumagəldiyev gürcü əsilli "qanuni oğru” Quram Çixladzeyə ("Kvejoeviç”) əl qaldırmaqla gündəmə gəlib. Hadisə Türkiyədə otellərin birində baş verib. Quram Çixladze Nadir Səlifovla görüşə gəlib. Fəqət, onunla bir qədər yuxarı tonda danışıb. Bundan qeyzlənən Arman Cumagəldiyev onu vurub. Sonradan ona məlum olub ki, Quram Çixladze "qanuni oğru” statusu daşıyır. 

Bu hadisə "oğru dünyası”nın iki cəbhəyə bölünməsinə olub. Badri Koquaşvili ("Badri Kutaisi”), Zaxari Kalaşov ("Şakro Molodoy”), Emzar Caparidze ("Kvatiya”) kimi "qanuni oğru”lar Quram Çixladzenin vurulmasına görə Nadir Səlifovun "qanuni oğru” statusundan məhrum edilməsini tələb etsələr də, nüfuzlu "qanuni oğru” Merab Canqveladze ("Merab Suxumski”), onun klanına daxil olan "kriminalitet”lər buna qarşıdır. Yeri gəlmişkən, bununla bağlı keçirilən "sxodka”dan Nadir Səlifova qarşı olanlar məğlub ayrılıblar. Lakin bu qarşıdurma hələ də davam etməkdədir. Ehtimal olunur ki, Rusiya mediasının vaxtaşırı Nadir Səlifov və Arman Cumagəldiyev haqqında dərc etdiyi neqativ materiallar da "oğru dünyası”ndakı bu  qarşıdurmanın təzahürüdür.



OXŞAR XƏBƏRLƏR

Prezidentlər mətbuata bəyanatlarla çıxış ETDİLƏR - VİDEO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

İlham Əliyev: "Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk"

Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasını...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...