Lotu Qulinin kriminal biznesi bu şəxsə həvalə edildi - FOTOLAR

Lotu Qulinin kriminal biznesi bu şəxsə həvalə edildi - FOTOLAR
 

Ötən həftə Türkiyədə qətlə yetirilən "qanuni oğru” Lotu Qulinin kriminal imperiyasının başına onun kiçik qardaşı Namiq Səlifov (Namik Bakinskiy) gətirilib.

Sfera.az  xəbər verir ki, bu barədə "Novaya Qazeta” məlumat yayıb.

Bildirilir ki, 2013-cü ildə "qanuni oğru” adını qazanmış Namiq Səlifov qardaşı Lotu Qulinin nəzarət etdiyi Rusiyadakı tərəvəz bazaları, taksi şirkətləri və digər bizneslərin başına gəlib.

Qeyd edək ki, Lotu Quli Çex Respublikası, Polşa, Moldova, Avstriya və İspaniyada tanınır və müəyyən bizneslərə malik idi. (baku.ws)

OXŞAR XƏBƏRLƏR