Lotereyada ardıcıl 14 dəfə pul qazanan insan xüsusi taktikadan istifadə edirmiş

Lotereyada ardıcıl 14 dəfə pul qazanan insan xüsusi taktikadan istifadə edirmiş
Lotereyada pul qazanmaq az qala hamının arzusudur. Amma bu arzunu həyata keçirmək hər adama nəsib olmur. Bir nəfərə isə hər kəs həsəd apara bilər.
 

Bizimyol.info xəbər verir ki, Stefan Mandel lotereyada ardıcıl 14 dəfə uğur qazanıb. O, xüsusi taktikadan istifadə edirmiş.

Rumın mühasib çox pis dolanırmış. Ötən əsrin 60-cı illərində aylıq qazancı 88 dolları keçmirmiş. Günlərin birində Stefanın ağlına "40-dan 6” lotereyası üçün xüsusi strategiya hazırlamaq gəlir. O, bütün mümkün kombinasiyaları hesablayır. Məlum olur ki, ümumilikdə 3 milyon 838 min 380 kombinasiya var. Bütün kombinasıyalara pul yatırmaq həyata keçiriləcək işə oxşamırdı. Bundan başqa, yatırılan pul uduşu keçməməlidir. Mandel ruhdan düşmür. Qərara gəlir ki, yalnız cek-pot olan zamanlarda yarışa qoşulsun.

Adi vaxtlarda bütün kombinasiyalara pul yatırmaq sərf eləmir, amma cek-pot olan tirajlarda kombinasiyaları əhatə edib cek-potu udmaq qərarına gəlir. Yaxınlarından 4 min dollar borc alır. İlk addımı atır və 19 min dollar qazanır. Beləcə, Stefan qazanmağın yolunu tapır.

Amma rumına heç də asan olmayıb. Çünki vətəni Rumıniyadan başlayaraq Avropanın əksər ölkələri qaydaları dəyişməyə başlayıblar. Təşkilatçılar bir növ Mandelə mane olmağa çalışırdı. Stefana hətta uzaq Avstraliyada da imkan vermirdilər.

Bütün bunlara baxmayaraq, Stefan Mandel tarixə lotereya təşkilatçılarının qənimi kimi düşüb. O, təkcə bir yarış günündə 30 milyon dollar udub.

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...