Lord Devid Evans: "ATƏT-in Minsk Qrupu məsuliyyət daşıyır"

Lord Devid Evans:
 "Ermənistanın Azərbaycana qarşı təcavüzünü görmək məni çox məyus etdi. Mənim Azərbaycanla çox yaxşı dostluq əlaqələrim var və mən Azərbaycan Prezidentinə, xalqına, Azərbaycandakı çox yaxşı dostlarımıza başsağlığı vermək istəyirəm". 

Sfera.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Devid Evans  deyib. 

Lord Evans bildirib ki, həyatını itirən generala, zabitlərə, əsgərlərə, mülki vətəndaşlara və onların ailələrinə görə dərin kədər hissi keçirir: "Hər hansı bir qüvvə tərəfindən göstərilən bütün təcavüzkar davranışlar qəbuledilməzdir və mən bunu qeyd-şərtsiz qınayıram".

Lord Evans bildirib ki, ATƏT-in Minsk Qrupu vasitəçilik üçün məsuliyyət daşıyır: "Mən bunun baş verməsini çox gözləyirəm. Bu, gec-tez baş verməlidir, çünki heç kim müharibə istəmir. Bu konfliktin düzgün və ya səhv tərəflərini bir kənara qoyaraq, mən ümid edirəm ki, hər iki tərəf problemi müzakirə etmək üçün mənalı danışıqlar aparmağa inandırıla bilər. İki ölkə arasında münaqişələr yeni deyil, uzun müddətdir ki, davam edir.  Mən heç kimin böyük itkilərlə üzləşəcəyi müharibə tərəfdarı olduğuna inanmıram". 

Lord David Evans bildirib ki, Britaniya hökuməti də məsələ ilə bağlı öz narahatlığını artıq ifadə edib: "Məsələnin həlli üçün beynəlxalq ictimaiyyətin vasitəçilik edəcəyinə inanıram. Parlamentlərarası əlaqələr üzrə işçi qrupu da məsələnin həlli üçün çalışır. Mən də bunu dəstəkləyirəm". (apa.az)

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb - FOTO

 Xarici İşlər nazir Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib. Bu barədə Sfera.az-a Xarici İşlər ...

Fəzail Ağamalı: “Qeyri-ərzaq mağazaları ciddi karantin qaydaları tətbiq olunmaqla açılmalıdır”

 "İlk olaraq, indiki çətin vaxtda dövlətin əlavə yüklənməsinin tərəfdarı deyiləm”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən icla...

“Ermənistan təlimlərdəki müasir silahlardan döyüşlərdə istifadə edəcəyimizə görə narahatdır”

 "Türkiyənin istifadə etdiyi məhsulların bizim üçün əlçatan olması heç kim üçün sirr deyil, olmamalıdır da”. Sfera.az xəbər verir ki, bunu mediapost-...

Azərbaycan Livana bir milyon dollar yardım edəcək

 Baş nazir Əli Əsədov Livana maliyyə yardımı edilməsi ilə bağlı sərəncam imzalayıb.  Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti mə...

Prezident Livan xalqına başsağlığı verib

 Azərbaycan prezidenti İlham Əliyev livanlı həmkarı Mişel Auna başsağlığı verib. Sfera.az xəbər verir ki, məktubda qeyd olunur: "Beyrut şəhərin...

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb

 Milli Məclisin sabah - avqustun 6-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil e...