Londonda yenə yaşayış binası yanır

Londonda yenə yaşayış binası yanır

Londonun şərqində Şedvell rayonunda daha bir yaşayış binasında yanğın baş verib.

Binadakı sakinlərdən yanğınla bağlı telefon zənglərindən dərhal sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində əməliyyat aparılır. Yanğın yaşayış binasının sonuncu mərtəbəsində baş verib.

Yanğının baş vermə səbəbləri məlum deyil. Xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

Qeyd edək ki, 14 iyunda Londonda yaşayış binasında baş verən yanğın nəticəsində 17 nəfər ölmüş, 79 nəfər yaralanmışdı. Yaralananlardan 17 nəfərinin vəziyyəti kritik dəyərləndirilir və ölənlərin sayının artacağı istisna edilmir. (trend)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR