Londonda məsciddə silahlı insident
Dünya
11:53 / 10.05.2019
2502
London şəhərinin İlford rayonu ərazisində yerləşən məsciddə silahlı insident baş verib. Bu barədə məlumat cümə günü yerli polisin "Twitter" səhifəsinə yerləşdirilib.
Hadisə şəhərin Hay-roud küçəsində baş verib. İnsident nəticəsində xəsarət alan olmayıb.
"Daily Mirror" qəzeti yazır ki, "Yeddi kral" məscidi ("Seven Kings Mosque") hadisə ilə əlaqədar olaraq bağlanıb.