Londonda erməni terrorunun qurbanları yad edildi - FOTOLAR

Londonda erməni terrorunun qurbanları yad edildi - FOTOLAR
 Böyük Britaniyada yaşayan azərbaycanlılar "London Eye”ın qarşısında toplanaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan şəxslərin xatirəsini yad ediblər.

Bu barədə Sfera.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Erməni terrorunun qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, aksiya iştirakçıları Qarabağ Azərbaycandır!”, "Erməni terroruna son!”, "Uşaq ölümünə son!”, "Biz terrora yox deyirik”, "İşğalçı dövləti dəstəkləməyin!” kimi şüarlar səsləndiriblər. Əllərində Azərbaycan bayrağı tutan həmvətənlərimiz yerli ictimaiyyətin diqqətini ermənilərin günahsız insanlara qarşı törətdikləri vandalizm aktlarına yönəldiblər.

Anım mərasimi Azərbaycan Dövlət Himninin oxunması ilə yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR