Londonda “Bakı: Əli və Nino-nun şəhəri” nümayiş olunub

Londonda “Bakı: Əli və Nino-nun şəhəri” nümayiş olunub
Britaniyanın beynəlxalq sənət təşkilatı "Dash Arts” tərəfindən Londonda "Bakı: Əli və Nino-nun şəhəri” adlı sənədli filmin nümayişi keçirilib. Sfera.az-ın məlumatına görə, sənədli ekran əsəri yazıçı Qurban Səidin "Əli və Nino” romanı əsasında çəkilmiş eyni adlı film əsasında məşhur prodüser Teresa Çerfas tərəfindən çəkilib. Filmdə "Əli və Nino” romanı fonunda Bakıda ilk neftin çıxarılması, Böyük Vətən müharibəsi, Azərbaycan Xalq Cümhuriyyəti kimi real tarixi hadisələrdən bəhs edilir. Sənədli filmin nümayişindən sonra Britaniyalı yazıçı, araşdırmaçı jurnalist, Qafqaz, Rusiya və Qara dəniz bölgəsi üzrə mütəxəssis Thomas de Vaal, ekran əsərinin produseri Teresa Çerfas və "Dash Arts” təşkilatının bədii rəhbəri Jozefine Burtonun iştirakı ilə müzakirə olub və iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, "Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA” mükafatının sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. (AzərTac)

 

 

OXŞAR XƏBƏRLƏR

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...