London Məhkəməsi Eldar Mahmudovun övladlarının iddiasını RƏDD ETDİ

London Məhkəməsi Eldar Mahmudovun övladlarının iddiasını RƏDD ETDİ
İngiltərə və Uelsin Yüksək məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun övladlarının diffamasiya barədə iddiasını rədd edib.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, Eldar Mahmudovun oğlu Anar və qızı Nərgiz bu iddianı Barselona qəzeti "El Periodico” daxil olmaqla, beş ispan nəşrinə qarşı qaldırmışdı.

Bildirilir ki, Mahmudovun övladları 2020-ci ilin mayında "Prensa Lberica” mediaqrupuna daxil olan nəşrlərdə dərc edilmiş məqalədən məhkəməyə şikayət edib. Həmin məqalələrdə keçmiş MTN rəhbərinin və onun ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburqdakı çoxsaylı daşınmaz əmlakından, biznes aktivlərindən bəhs edilirdi. Hansı ki, həmin əmlak Eldar Mahmudovun nazir statusunda cinayət yolu ilə qazandığı vəsaitlər hesabına əldə olunub.



"El Periodico” qəzeti yazır ki, Anar və Nərgiz Mahmudovların verdiyi şikayət təmin olunsaydı təhlükəli presedent yaradardı və informasiya azadlığını təhdid edərdi. Axı iddiaçılar KİV-lərə qarşı onların aid olduğu yurisdiksiyadan kənarda iddia qaldırmışdılar. Yəni onlar ispan məhkəməsinə deyil, Britaniya məhkəməsinə müraciət etmişdilər. Bu da "Prensa Lberica” mediaqrupunu məcbur edib ki, onun üçün yad olan normativ-hüquqi bazada özünü müdafiə etsin və nəticədə, ispan məhkəmələrində olduğundan daha çox xərc çəksin.

Nəticədə, Britaniya məhkəməsi Mahmudovların iddiasını rədd edib, hesab edib ki, dərc edilən məqalələrin Britaniyada onların maraqlarına zərbə vurduğuna dair yetərli dəlillər yoxdur.



Eldar Mahmudovun ailəsinin İspaniyadakı tarixi qəsri və ferması

İspaniyada isə Mahmudovların sərvəti barədə məqalələr "El Periodico” nəşri ilə yanaşı, "Diario de Mallorca”, "Diario de Córdoba”, "Opinión de la Coruña” və "Regió7” nəşrlərində də dərc edilmişdi. İddiada cavabdeh qismində onların da adları yer alırdı. Lakin iddiada Britaniyanın "The Observer” nəşri, "Finance Uncovered” və "Organised Crime and Corruption Reporting Project" kimi jurnalist araşdırmaları təşkilatları yer almayıb. Hansı ki, onlar "Cayman National Bank"dan sızmış sənədlər əsasında Mahmudovların qanunsuz sərvəti barədə ispan nəşrləri ilə birlikdə araşdırma aparmışdı.

Mahmudovun ailə üzvlərinin Avropa boyu səpələnmiş çoxsaylı mülklərindən bir qisminin fotoları:










Mahmudovların Britaniya nəşrləri ilə məhkəmə çəkişməsinə girməkdən çəkinməsi maraq doğurur. Xatırladaq ki, həmin araşdırmada Mahmudovun ailə üzvlərinin Avropa ölkələri boyu səpələnmiş və ümumi dəyəri 100 milyon avrodan çox olan mülkləri, o cümlədən, çoxsaylı ofşor şirkətləri barədə bəhs edilirdi.

Hesab olunur ki, Eldar Mahmudov nazir olarkən ölkədən xarici ofşorlara milyardlarla dollar çıxarıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şuşaya niyə ildə bir dəfə gedə bilərik? – Rəsmi izah

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərə təşkil ediləcək müntəzəm avtobus səfərlərindən vətəndaşların ildə bir dəfə istifadə edə ...

"Ramiz Mehdiyev institut direktorları ilə icra başçıları kimi davranır" - DEPUTAT

"Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasını bataqlığa sürükləyib. Məşğul olmadığı bircə sahə var: o da elmdir."   Sfera.az xəbər verir ki, bu s...

Hərbi qulluqçumuz həlak oldu - Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub. Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildirilib.   "Azərbaycan Ordusunun müddətli həqi...

Vəkillərdən dustaqlara virus keçir? - Ədliyyə Nazirliyinin rəsmisinə CAVAB

Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bu gün paylaşım edərək vəkillərin təcridxana və cəzaçəkmə müəssisələrində müvəkillər...

Sabahdan hava dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, bəz...

London Məhkəməsi Eldar Mahmudovun övladlarının iddiasını RƏDD ETDİ

İngiltərə və Uelsin Yüksək məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun övladlarının diffamasiya barədə i...