Lombardlar nəzarətə götürüləcək – YENİ QANUN NƏ VƏD EDİR?

Lombardlar nəzarətə götürüləcək – YENİ QANUN NƏ VƏD EDİR?

Azərbaycanda uzun illərdir xaotik şəkildə inkişaf edən lombard kredit bazarı digər maliyyə bazarları kimi ciddi nəzarətə götürüləcək. Bu məqsədlə "Lombardlar haqqında” Qanun layihəsi parlamentdə müzakirə edilib və artıq 2 oxunuşdan keçib. Qanun layihəsi üçüncü oxunuşdan da keçdikdən sonra prezidentin təsdiqinə veriləcək.

 

Sfera.az xatırladır ki, "Lombardlar haqqında” Qanunun olması lombard kreditləri bazarını tənzimləmək imkanı verəcək. Bazarın nizamsız, hesabat təqdim etmədən fəaliyyət göstərməsi məsələsinə Mərkəzi Bankının sədri Elman Rüstəmov da keçirdiyi mətbuat konfransında toxunub. E.Rüstəmov qeyd edib ki, işçi qrupu bu sektorun fəaluyyəti ilə bağlı hesabat hazırlayıb və ona təqdim edib. Baş bankir söyləyib ki, lombard fəaliyyəti üzrə hesabatlılıq yoxdur, amma qanunun qəbulundan sonra belə bir hesabatlılıq olacaq.

 

Hazırda lombard kreditlərinin həcminin nə qədər olması da bilinmir. Bəzi iddialara görə lombard kreditlərinin həcmi bir neçə milyard manat səviyyəsindədir. E.Rüstəmov kredit sistemi ilə müqayisəli həcmdə lombard kreditləşməsinin olduğuna inanmadığını deyib.

 

Ölkəmizdə son vaxtlar istehlak kreditlərinin verilməsi şərtləri sərtləşdirildiyindən banklardan kredit götürmək bir qədər çətinləşib. Xüsusilə də rəsmi gəliri olmayan şəxslər üçün bankdan kredit almaq qeyri-mümkün hala çevrilib. Buna görə də bank müştərilərinin bir hissəsinin lombard ofislərinə müraciətində artım müşahidə edilir. Bunun nəticəsidir ki, son vaxtlar lombard kreditinə dair müxtəlif ofislər tərəfindən verilən elanların sayı artır.

 

Qeyd edək ki, lombard krediti qızıl-zinət əşyasının girovu əsasında kredit götürülməsidir. Hazırda əksər banklar bu cür kredit təklif edir. Kreditin ümumi şərtləri ondan ibarətdir ki, istənilən adam 10 min manata qədər dəyərində kredit götürə bilər. Bunun üçün müddətdən asılı olaraq kreditin məbləğindən 10-20 faiz yüksək dəyərdətəminat kimi qızıl-zinət əşyası qoyulmalıdır.

 

Lombard kreditlərinin ən pis cəhəti onların yüksək faizlə verilməsidir. Bu cür kreditlər bir qayda olaraq illik 30 faizlə verilir. Komission haqqı da nəzərə alınmaqla lombard kreditləri illik 32 faizlə ayrılır.

 

Banklarla bərabər adi lombard ofisləridə lombard krediti verir. Bu cür ofislər isə belə kreditləri minimum illik 36 faizlə ayırır. Qısası, lombard kreditləri rəsmi sənəd təqdim edə bilməyənlər üçün əlverişli kredit olsa da, olduqca bahalı kredit sayılır. 2011-ci ildə Azərbaycanda 600 lombard ofisi fəaliyyət göstərirdisə indi onların sayı 1000-dən artıqdır.

 

Bank sektorundakı kredit tələblərinin sərtləşdirilməsindən daha çox faydalanan məhz lombardlardır. Təbii ki, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Lombardlar borc verir, vətəndaşlar isə bundan faydalanır. Amma məsələ heç də, göründüyü kimi sadə deyil. Əvvəlla, banklardakı kredit şərtlərinin sərtləşdirilməsi lombardların təklif etdiyi borclar üzrə faizləri artırmasına gətirib çıxarıb. Səbəb sadədir, kütləvi kedit təklif edən bank yoxdur, tələb isə yüksək olaraq qalmaqdadır. Lombardlar bu tələbdan yararlanmağa çalışır. İstehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pullara tələbatın kəskin artması müşahidə edilir.

 

Yaranan vəziyyətdə lombardlara ciddi nəzarət olmalıdır. Çünki onlar kreditə tələbatı yüksək olan insanların niyyətindən sui-istifadə edə bilər. Lombardların fəaliyyətinə nəzarətin zəif təşkil edilməsi vətəndaşların risklərdən sığortalanmasına imkan vermir.

 

2002-ci ilədək lombardlar Maliyyə Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərirdilər. Lakin həmin ildən etibarən nazirliyin lombardlara nəzarəti aradan qaldırılıb. 2020-ci ildən qeyd olunan fəaliyyət növünün lisenziyalaşdırılması dayandırılaraq, nazirliyin siyahısından çıxarılıb. İndi hüquqi və fiziki şəxslərin sərbəst fəaliyyət növünə çevrilən lombardların fəaliyyəti Mülki Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Onlar yerli vergi idarəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayır və öhdəliyi sadəcə zamanında vergini ödəməkdir. Mülki Məcəllədə isə əşyanın lombard girovu təsbit edilir.

 

Lombardlarla bağlı digər narahatverici məsələ girovun qiymətləndirilməsi mexanizminin olmamasıdır. Məsələn, bu xidmət 3000 manatlıq kredit təklif edən zaman ən azı 5000 manatlıq qızıl-zinət əşyalarını girov kimi tələb edir. Bu isə o deməkdir ki, yüksək faizlə verilən pul girovun təxminən yarısı dəyərində olur. Faizlər yüksək olduğundan pulun geri ödənilməsində risk faktoru yüksəkdir.

 

Banklar üçün lombard kreditləri əlverişli və azriskli kredit hesab edilir. Bankların da lombard kreditlərinə maraq göstərməsinin səbəbi budur. Bu elə bir kreditdir ki, onun müqabilində təminat kimi qəbul edilən daşınar əmlak krediti verəndə saxlanılır. Borcalan pulu qaytarmadıqda kredit verən əmlakı hərraca çıxararaq satır və öz pulunu götürür. Qanunvericilik bankların bu cür kreditlər verməsinə məhdudiyyət gətirmir.

 

Lombardlara o şəxslər müraciət edir ki, banklar onlara hətta təminatın olmasına baxmayaraq kredit vermir. Qanunvericilik kredit verən zaman bankların üzərinə müəyyən məsuliyyətlər qoyur. Həmin məsuliyyətlərlə bağlı olaraq banklar kredit alanın ödəmə qabiliyyətini rəsmi sənədlərlə yoxlayır. Vətəndaşın müəyyən gəlirliliyi yoxdursa, bank ona kredit verə bilmir. Lombardlar üçün isə belə bir məsuliyyət müəyyən edilməyib. Ona görə də rəsmi gəliri olmayanlar lombardlara üz tutur. Lombardlarda da faizlər çox yüksəkdir.


Qanun qəbul edilərsə, lombardların fəaliyyəti lisenziyalaşdırılacaq, onlardan minimum nizamnamə kapitalı tələb ediləcək. Bu halda lombardların çoxu fəaliyyətini dayandıracaq. Zənnimizcə, ayrıca lombardlar olmamalıdır. Çünki burada həm faizlər yüksəkdir, həm də etibarlılıq sual altındadır.


Vasif

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...